Bekkenbauer dünyasını dəyişdi

8.01.2024 20:52 209
Dünya futbolu
Dünya futbolunda ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, Frans Bekkenbauer dünyasını dəyişib. Almaniya futbolunun əfsanəsi 79 yaşında həyatla vidalaşıb. Sabiq futbolçu və məşqçi ailəsinin əhatəsində vəfat edib.

Qeyd edək ki, o, futbolçu kimi 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub. Baş məşqçi kimi isə yığmasını 1990-cı ildə dünyanın ən güclüsü adına daşıyıb.