Bəs bundan sonrakı plan nədi? Siyasət Əsgərov klub karyerasını davam etdirəcək? Yoxsa yalnız yığmanın aş məşqçisi olmaqla kifayətlənəcək?
“Football-plus.az” olaraq, özü ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik:
“Hələ ki həm dincəlir, həm də düşünürəm. Azərbaycandan olmasa da, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı klublarından təkliflər var. İstəyirəm ki, millimizlə yanaşı, həm də klubda baş məşqçi kimi fəaliyyət göstərim. Hələlik Rusiya variantı daha idealdı. Çünki Türkiyə ilə Səudiyyə Ərəbistanında mövsümün ikinci yarısı başlayacaq. Şimal qonşumuzda isə yeni “futbol ili”nə start veriləcək. Yaxın günlərdə yekun qərarımı verəcəm”.
KƏNAN BAHADIR



