“Leyptsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə keçəcək.
"Footbal-plus.az" "skysports"a istinadən xəbər verir ki, fransalı hücumçu artıq London klubu ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 2028-ci ilədək müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Nkunku bu mövsüm "Leyptsiq"də 11 oyunda 6 qol vurub. Nkunku ötən mövsüm Bundesliqanın ən yaxşı oyunçusu seçilib.