“Tottenhem”dən daha bir transfer

21.07.2022 23:59 348
Dünya futbolu
Bu yay heyətini bir sıra oyunçularla daha da gücləndirən “Tottenhem” növbəti transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu “Midlsbro”nun müdafiəçisi Ced Spensi transfer edib.

21 yaşlı futbolçu ilə müddəti 2027-ci il iyunun sonuna qədər razılaşdırılan müqavilə imzalanıb. Transferin təzminat qiyməti açıqlanmayıb. Qeyd edək ki, Ced ötən mövsüm icarə əsasında “Nottingem Forest”də çıxış edib. O, bu komandada 46 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.