Dünya çempionunun yolu haradı?

3.01.2024 11:54 211
Dünya futbolu
Rafael Varanın “Mançester Yunayted”də sonuncu mövsümünü keçirdiyi dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi müdafiəçi ilə müqavilənin daha birillik yeniləməklə bağlı bəndi aktivləşdirməmək qərarına gəlib.

30 yaşlı futbolçunun MY ilə müqaviləsinin müddəti bu ilin yayında sona çatacaq. ESPN-in məlumatına görə, klub Varana azaldılmış maaşla yeni müqavilə təklif etmək istəyir. Fransalı dünya çempionu hazırda həftəyə 340 min funt sterlinq qazanır.

Varan MY-yə 2021-ci ilin yayında 40 milyon avroya “Real”dan keçib. O, komandada 79 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.