Ölkəmizin qadınlardan ibarət voleybol yığmasının baş məşqçi postuna dekabrın 27-də Faiq Qarayevin gətirildiyini xəbər vermişdik.
Xatırladaq ki, o, bu postda türkiyəli Ataman Güneyligili əvəz edib. Hər iki ölkənin sosial şəbəkə istifadəçiləri bu xəbərə biganə qalmayıb. Sizi bəzi reaksiyalarla tanış edirik.
“Faiq müəllim sayəsində Azərbaycan voleybolda bir markaya çevrilə bilər. İndidən xeyirli olsun”.
“Faiq Qarayevin hər iki dövlətin voleybolunda çox böyük qatqısı olub. Çox önəmli bir məşqçidi”.
“Voleybol adına gözəl xəbər oldu. Xeyirli-uğurlu olsun”.
“Ən başdan böyük səhv idi. Mən Ataman müəllimi o səviyyədə görmürəm. Türkiyədə ilk 4, 5-ci yerlərdən sonrakı komandalar üçün yaxşıdı”.
“Yerində alınmış qərar olub. Hazırda üzərində çox yük var. İlk öncə “Çukurova”nı dibdən çıxarması lazımdı. Diqqətini bura yönəltməsi lazım”.
“Bizə Qalatasaray”da bir şey verə bilmədi. Getməsi üçün çox əlləşdik. 8 il məhv etdi bizi”.
“Güneyligil heç bir yerdə uğurlu ola bimədi”.
“8 il “Qalatasaray” bundan çəkdi. Getdiyi heç bir yerdə dayana bilmir”.
GÜNAY SÜLEYMANOVA