Qadın voleybolçulardan ibarət millimizə yeni baş məşqçi təyin olundu

15.05.2023 16:42 440
İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.