Çərşənbə axşamı Azərbaycan Voleybol Federasiyasında (AVF) Avropa çempionatında çıxışını başa vuran qadın voleybolçulardan ibarət millinin üzvləri ilə görüş keçirib.
Həmin görüşdən fotolara baxarkən bir məqam diqqətimizi çəkdi. Yığmanın baş məşqçisi Ataman Güneyligili görə bilmədik. Görəsən, türkiyəli mütəxəssisin yoxluğu vətənində dincəlməsi ilə bağlıdı, yoxsa qitə birinciliyindəki uğursuzluq üzündən istefaya göndərilib? Bu məsələ ilə bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq.