Komandamız Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstanın yer aldığı qrupdan növbəti mərhələyə adlaya bilmədi. Bu uğursuz nəticənin əsas səbəbkarı kimi də türkiyəli baş məşqçi Ataman Güneyligil göstərildi. Lakin 42 yaşlı çalışdırıcı qəzetimizə müsahibəsində yığma üzvlərini ittiham etdi. Bəs görəsən, Ataman bəy yenidən millinin başında olacaqmı? Ümumiyyətlə, onun taleyi necə həll olunacaq? Bu suallara cavab tapmaq üçün çalışdırıcıyla əlaqə saxladıq. Ancaq Ataman bəyin "Football-plus.az"a söylədikləri belə oldu:
"Yox, incimə. Artıq heç bir sualı cavablamayacam. Təşəkkür edirəm!"
Belə görünür ki, Ataman hoca bizim sayta verdiyi müsahibədən sonra Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxşıca tənbeh olunub. Elə buna görə də adi suallara cavab verməkdən boyun qaçırdı. Nə deyək? Təki hər şey ölkə voleybolumuz üçün xeyirli olsun. Deməli, Ataman daha …ataman deyil!
CAVİD ƏLİYEV






