2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...oyunu...
Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin noyabrın 21-də Rio de Janeyroda keçirilən matçı Braziliya üçün qisas xarakteri də daşıyırdı. Lakin 5 qat dünya çempionu mundialın son qalibinə yenə məğlub oldu. Argentina yığması Nikolas Otamendinin yeganə qolu ilə əzəli rəqibinə daha bir zərbə vurdu.
Xatırladaq ki, Amerika Kubokunun 2021-ci ildə Braziliyada keçirilən finalında Anxel Di Mariyanın qolu “albiselesta”nın ev sahibləri üzərində eyni hesablı qələbəsini təmin etmişdi.