• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Neftçi"yə gələndə uzunmüddətli layihə olacağı vurğulanmışdı”

Premyer-liqa / Manşet

27-12-2023, 23:0

İyulun 11-də baş məşqçi vəzifəsinə təyin olunan Adrian Mutu ölkəmizdə 5 aydan bir qədər artıq qaldı.

Açıq demək lazımdı ki, ölkəmizdə ilk gündən bu təyinatın uğurlu olmadığını iddia edənlər çox idi. Hər şey onunla bitdi ki, son günlərini yaşayan anasını görməyə gedən Mutu bir daha Bakıya getmədi. Əslində “Neftçi” rəhbərliyinin bazar günü, yəni dekabrın 24-də yeni baş məşqçini təqdim etməsi mümkün ayrılığın planlarının çoxdan cızıldığına işarə idi. Bəs rumıniyalı ölkəmizdə nə dedi, hansı açıqlamalarla yadda qaldı? 17 turun hər birindən sonra dediklərini abzaz-abzas yerləşdirdik.

- Komanda yorğun idi. Hələ ki üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissədə şanslarımızı dəyərləndirə bilmədik. Əvəzində böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı. Gəncəyə qələbə üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı.
(1-ci turun “Kəpəz” – “Neftçi” oyunundan sonra)

- Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yollanırıq. İstanbuldan qayıdandan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm. Bu kluba, oyunçulara inamım çox böyükdü. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər.
(2-ci turun “Neftçi” – “Səbail” oyunundan sonra)

- Ağır və çətin oyun oldu. Xarakter göstərməyi bacardıq. Futbolçularımı təbrik edirəm, bu gün meydanda sona qədər döyüşdülər, yaxşı davrandılar. Sona qədər inanırdıq və qələbə qazanmaq istəyirdik. Vacib olan amil o idi ki, sona qədər döyüşdük.
(3-cü turun “Sabah” – “Neftçi” oyunundan sonra)

- Çətin oyun oldu. Amma üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara köklənək.
(4-cü turun “Neftçi” – “Qəbələ” oyunundan sonra)

- Yaxın günlərdə daha bir transferdən sonra bizim üçün “pəncərə bağlanacaq”. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Bütün oyunlara eyni pencəkdə çıxıram? Bəli, mənə uğur gətirən pencəkdi.
(5-ci turun “Sumqayıt” – “Neftçi” oyunundan sonra)

- Komandaya gələndən bəri bütün oyunçuların çıxışından razıyam. Müdafiədə yaxşı oynadıq. Rəqibə şans vermədik. Penalti istisna olmaqla, rəqibin təhlükəli epizodu olmadı. 10 nəfərlə müdafiə olunan komandaya qarşı nə qədər şans yarada bilərsiz? İmkanlarımız oldu, lakin alınmadı.
(6-cı turun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra)

- Bugünkü oyuna görə oyunçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimin səhv qərarları belə nəticəyə səbəb oldu. Həmin epizoda baxdım, mənə görə, penalti yox idi. Matias o epizodda ayağını qaçıra bilməzdi. Son 7 oyunda 3-cü penaltidi qapımıza təyin olunur. Ardıcıl ikinci matçda belə qərar verilir. Qapımıza yalnız penaltidən qollar vurulur. Bununla bağlı ölçü götürülməlidi.
(7-ci turun “Zirə” – “Neftçi” oyunundan sonra)

- “Zirə”dən sonra ən yaxşı müdafiə xətti bizdədi. Bura möhtəşəmdi. Bütün stadionların belə olmasını istəyirəm. Kaş ki azarkeşlər hər oyunda komandalarına belə dəstək versinlər.
(8-ci turun “Turan Tovuz” – “Neftçi” oyunundan sonra)

- "Neftçi"yə gələndə uzunmüddətli layihə olacağı vurğulanmışdı. Ona görə gəldim bura. Əvvəlki illərdəki çıxışa fikir versəz, 2020/21-dəki çempionluğu kənara qoysaq, son 10 ildə “Neftçi”də həmişə eyni ssenari olub. Biz bərk fundament qurmalıyıq. Ondan sonra qalan şeyləri gözləyə bilərik. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündü. Mövsüm hələ irəlidədi, irəliyə baxmalıyıq, daha yaxşı çalışmalıyıq. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidi, bu komanda qısa müddətə qurulmayıb.
(9-cu turun “Neftçi” – “Qarabağ” oyunundan sonra)

- Ağır və gözəl oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün bəxt rəqibin tərəfindəydi. Həftəboyu start heyətini müəyyənləşdirməyə çalışıram. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdı, onların haqqını yemək olmaz.
- Oyunçularımdan razı qaldım, onlarə təbrik edirəm. Emin Mahmudov bizim üçün dəyərlidi. Lakin onu əvəzləyən Ozobiç də ümidləri doğrultdu. Sonradan meydana çıxan Boqomolski və Sinyaşiki də inkişafadı.
(11-ci turun “Neftçi” – “Sabah” oyunundan sonra)

- Bu gün bəyəndiyim məqam hücumda yaxşı epizodlar yaratmağımız idi. Komandanı analiz edəcəyik, oyunçulardan tələblərimiz yüksəkdi. "Neftçi" böyük klubdu, yüksək nəticələr üçün oynayırıq. Onlar "Neftçi"nin səviyyəsinə qalxmalıdı.
(12-ci turun “Qəbələ” – “Neftçi” oyunundan sonra)

- Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki həm evdə, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən, evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdu. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq. Futbolçular başa düşməlidi ki, "Neftçi" kimi komandada oynayırlarsa, daha çoxunu verməlisən. Mənə vaxt lazım idi ki, liqanı tanıyım, çempionatla tanış olam. Məsuliyyəti tam öz üzərimə götürürəm.
(13-cü turun “Neftçi” – “Sumqayıt” oyunundan sonra)

- Komandamın oyunundan razı qaldım. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Bu gün, sadəcə, hesaba görə üzülürəm. İdman direktorumuzla bu barədə söhbətimiz olub. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq. Dünyanın ən uğursuz məşqçisiyəm, iki oyundu son saniyələrdə qol buraxırıq. Burda bir işə başlamışam və bitirmək istəyirəm. Bu heç də asan deyil. Çalışacam ki, buna dözüm və istəyirəm mövsümü "Neftçi"də bitirim.
(14-cü turun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan sonra)

- İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz, ilk “11-liy”i seçəndə çalışıram ki, ən yaxşılarını bura daxil edim. Hər oyunçu dərk etməlidi ki, biz bir komandayıq, bura "Neftçi"di, heç kim özünə görə oynamır. Bu komandanın potensialını bilirəm. "Zenit"ə qalib gələndən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdı. Nəticələrdə davamlılıq olmalıdı.
(15-ci turun “Neftçi” – “Zirə” oyunundan sonra)

- Qapımızdan 2 asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəyi var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Nəinki 3-cü pilləyə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Mövsüün yarısı bitir. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib.
(16-cı turun “Neftçi” – “Turan Tovuz” oyunundan sonra)

- Oyunçularım meydanda komanda şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utandırıcıdı. "Neftçi"də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdı.
(17-ci turun “Qarabağ” – “Neftçi” oyunundan sonra)

...Bu sözləri dekabrın 18-də dedi, 19-da getdi və bir daha gəlmədi!

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-08-2023, 19:0

“Üç gündən bir oynamağa hazır deyilik”

Ölkə futbolu

11-07-2023, 14:0

"Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaqdı" - Adrian Mutu

Premyer-liqa

14-07-2023, 15:0

Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

Ölkə futbolu

27-09-2023, 13:0

Mutu şəhid ailələrinə başsağlığı verdi - FOTO

Premyer-liqa / Manşet

12-08-2023, 19:0

Adrian Mutu PFL-in təklifini qəbul etmədi - ÖZƏL

Premyer-liqa

7-08-2023, 13:0

Mutu ölkə çempionatlarının 61-ci əcnəbi baş məşqçisidi

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə