Birinci liqanın ən xatakar komandalarından “İrəvan” futbolçularıyla münaqişə yaşaması azmış kimi, qapıçılarla işləyən məşqçi vəzifəsinə gətirdiyi və artıq yolları ayırdığı Aleksandr Jidkovu da incidib.
Klub onun da məvacibini vermək istəmir. Buna görə də yığmamızın sabiq üzvü AFFA-ya şikayət edib. Məsələdən daha detallı xəbərdar olmaq üçün AFFA-ın sözçüsü Elnur Məmmədlidən açıqlama aldıq: "Bəli, Aleksandr Jidkovun AFFA-ya "İrəvan" klubundan şikayəti daxil olub. Veteran qapıçının şikayəti hazırda Oyunçuların Statusu və Rransferi Komitəsində baxılır. Məsələylə bağlı yekun qərar veriləndən sonra AFFA-ın saytında xəbər yayılacaq".
ABDULLA İSMAYILOĞLU