Basketbol üzrə ölkə çempionatında ilk dövrə başa çatıb və kollektivlər qış fasiləsinə çıxıb.
"Football-plus.az" xəbər verir ki, bu səbəbdən “Gəncə”nin üzvlərinə istirahət verilib.
Baş məşqçi Bedri Meriç Türkiyəyə, ABŞ və Kanadadan olan legionerlər isə okeanın o tayına yollanıb.
Basketbolçular və məşqçilər korpusu 13 günlük aradan sonra bir araya gələcək. “Gəncə” yanvarın 4-də doğma meydanda məşqləri bərpa edəcək.