Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Bedri Meriç fikirlərini “Football-plus.az”la bölüşdü:
“Biz mövsümə hazırlıq oyunları keçirmədən başladıq. Həm də təqvim çətin idi. İndi isə yavaş-yavaş öz oyunumuzu tapa bilirik. Müdafidə problemlərimiz var, indi onun üstündə işləyirk. Hər tur daha da yaxşı oluruq. Bunu komandamda görürəm. “Xırdalan”a da üstün oyunla qalib gəldik. Bu qələbənin davamının gələcəyinə inanıram”.
CAVİD ƏLİYEV






