“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu - YENİLƏNİB

24.12.2023 18:48 286
Premyer-liqa / Manşet
“Neftçi”də ayrılıq baş verib.

“Football-plus.az” xəbər verir ki, Adrian Mutu istefaya göndərilib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Bildirilib ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mətbuat konfransında yeni baş məşqçi rəsmən açıqlanıb. Komandanı yanvarın 1-dən Miodraq Bojoviç çalışdıracaq. Müqavilə 6 ay + 1 il olaraq nəzərdə tutulub.