“Qarabağ”ın rəqibi baş məşqçisini rəsmən açıqladı

19.06.2022 19:52 427
Çempionlar Liqası
Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan "Lex"in yeni baş məşqçisi bəlli olub.

“Football-plus.az” saytının məlumatına görə, Polşa klubunu Con van den Brom çalışdıracaq. Bu haqda Poznan təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Niderlandlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, sabah komandanı ilk məşqə çıxaracaq.