• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə”nin liderliyinin müvəqqəti olduğunu hər kəs bilirdi” - Etibar İbrahimovdan Rəşad Sadıqova məsləhət

Aktual / Premyer-liqa

22-12-2023, 14:0

Misli premyer-liqasında 17-ci tur geridə qaldı. Diqqət mərkəzində olan klublardan biri də “Zirə”di. Rəşad Sadıqovun yetirmələri mösvümə uğurlu başlasa da, hətta 1-ci dövrəni lider kimi bitirsə də, son oyunlarda “axsayır”. “Qartallar” artıq dörd oyundu qələbə qazanmır. Onlar sonuncu dəfə 13-cü turda autsayder “Qəbələ”dən 3 xal qopara bilib – 1:0. Qələbə bir yana, qol vurmaq da müşkül məsələyə çevrilib. Düzdü, “Zirə” məhsuldarlıq baxımından onsuz da yalnız aşkar autsayderlərdən – “Kəpəz”lə “Qəbələ”dən irəlidədi. Bəs komandanın enişdə olmasının səbəbi nədi? Qəsəbə təmsilçisi zəifləyib, yoxsa “Qarabağ” tam sürətlə irəliləyir?

Bu mövzunu müzakirə etmək və suallara cavab axtarmaq məqsədi ilə təcrübəli mütəxəssis Etibar İbrahimovla danışdıq:

“Zirə” cari mövsümə uğurlu başladı. Xatırlayıram ki, baş məşqçi Rəşad Sadıqov yay fasiləsində kollektivi müəyyən qədər formalaşdırdı. Ötən “futbol ili”nə nisbətən indi komanda daha baxımlı futbol oynayır və daha çox hücum qurmağa çalışır. Ötənilki “beşli” müdafiə sistemindən fərqli artıq “dördlü”yə keçiblər. Dəst-xəttin dəyişməsində İsmayıl İbrahimlinin xüsusi rolu var. Futbolçunun mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, bəzi hallarda müdafiənin cinahına açılır və burda say çoxluğu yarada bilir. Ümumiyyətlə, ötən mövsüm də müxtəlif mövqelərdə yaxşı çıxış edən oyunçular var idi. Deməzdim ki, “qartallar” uğursuz çıxış edir”.

Etibar bəy “Zirə”nin enişinin normal olduğunu vurğuladı:

“Rəşad Sadıqovun yetirmələri məğlub olduqları oyunlarda qalib gələ bilərdi. Hətta 15-ci turda “Neftçi”ylə görüşdə daha yaxşı çıxış etdilər. Sadəcə, qol imkanlarından istifadə olunmadı. İssa Cibrillanın səhvinə görə rəqib hesabı açdı. Cari mövsümdə premyer-liqanın gərgin mübarizə şəraitində keçdiyini nəzərə alsaq, bəzi komandaların enişdə olması normaldı. İki eyni güclü heyətə malik kollektivlər bu mərhələni tez adlayır. Lakin “Zirə”də belə deyil. Deməli, eniş dövrü uzun çəkə bilər. Qəsəbə təmsilçisinin bəxti onda gətirib ki, klublar qış fasiləsinə yollanır”.

Etibar bəy komandanın şanslarını belə dəyərləndirdi:

“Zirə” yaxşı mənada sözünü deyib və “Neftçi”, “Sabah” kimi rəqibləri geridə qoyub. Bu, böyük uğurdu. İnanıram ki, Rəşad Sadıqov və kollektivi bütün problemləri aradan qaldıracaq. “Qartallar”ın çempion olacağını demək reallıqdan uzaqdı. Çünki “Qarabağ”ın gücünə və necə yüksək intensivli oyunlardan keçdiyinə bələdik. “Köhlən atlar” mövsüm başlayanda formasını tam bərpa etməmişdi. Ağdam təmsilçisi işə düşəndə qarşısıalınmaz mexanizmə sahibdi. Səmimi deyim ki, “Zirə” ikinci yerdə möhkəmlənsə, daha yaxşı olar. Bu komandanın liderliyinin müvəqqəti olduğunu hər kəs bilirdi. Onsuz da bir neçə tur sonra “Qarabağ”, ümumiyyətlə, əlçatmaz olacaq. Premyer-liqada Qurban Qurbanovun yetirmələrinin təzyiqinə kiminsə tab gətirəcəyinə inanmıram. Azarkeşləri 2-ci pillədə ola bildiyinə görə “Zirə”yə “çox sağ ol” deməlidi. Komanda isə yerini qorumaq üçün döyüşməlidi”.

Etibar bəy “Zirə”nin 17 oyunda cəmi 13 qol vurması haqda fikirlərini də bizimlə bölüşdü:

“Etiraf edək ki, “qartallar”ın hücum xəttində problem var. “Transfer pəncərəsi”ndə həll edilməli çatışmazlıq məhz budu. Rəşad Sadıqovun müəyyən futbolçulara şans verib qol vurmasına şərait yaratdığını görürük. Lakin rəqiblər də bu yöndəki boşluqları müxtəlif təhlillərlə aradan qaldırır. “Zirə”nin baş məşqçisinin premyer-liqa təcrübəsi var və çempionatın nəbzini tutub. Bəllidi ki, komandaya keyfiyyətli hücumçu lazımdı. Elə futbolçu alınmalıdı ki, heç nədən qol vura bilsin. Komanda bu addımı atsa, xeyrini mütləq görəcək. Qış faisiləsində belə oyunçuların sayının az, qiymətinin baha olduğunu bilirəm. Üstəlik əksəriyyətinin klubuyla müqavilə müddəti davam edir. Yenə də tapmaq olar”.

GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-02-2023, 14:0

Autsayder dəyişdi, “Sabah” liderə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

Ölkə futbolu

28-08-2023, 11:0

Premyer-liqanın 10-cusu

Aktual / Manşet

26-01-2023, 17:0

Rəşad Sadıqov onu “Zirə”yə qaytaracaq? – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

15-09-2023, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 244
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə