• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çağırdıq ki, daşla pəncərələri sındırıb bizi xilas etsinlər” - PFL kollektivinin qəzadan geriyə qalanları...

Manşet

19-12-2023, 13:0

Şənbə günü səhər saat 06.30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpıldığı haqda xəbər aldıq.

Sonradan məlum oldu ki, qəzaya uğrayan şəxslər dekabrın 21-də keçiriləcək “Qarabağ” - MOİK oyununun təşkilati məsələləri ilə bağlı Xankəndiyə gedən Peşəkar Futbol Liqasının əməkdaşlarıdı: Sənan Abdullayev (mətbuat xidmətinin rəhbəri), Elxan Səmədov (PFL prezidenti), Aslan Şahgəldiyev (PFL-in vitse-prezidenti), Elgiz Abbasov (PFL-in departament rəhbəri), Zaur Hacıməhərrəmov (icraçı direktor). Xəsarət alan şəxslər öncə Bərdə rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda yerləşən "Liv Bona Dea" xəstəxanasına gətirildi. Az sonra adı çəkilən xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında xəsarət alanlardan ikisinin tibbi vəziyyətinin kritik olduğunu açıqladı:

“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdəbirində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. Səmədovla Şahgəldiyevin tibbi vəziyyəti daha kritikdi. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digərlərinə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdi. Onlar stasionara yatırılıb”.

İndi isə son durumu nəzər salaq. Belə ki, əməliyyatdan sonra reanimasiya şöbəsində nəzarətdə olan Elxan bəylə Aslan bəyin durumu qənaətbəxşdi. Prezidentin bədənində çoxsaylı sınıq və əzilmələr var. Hər iki ayağı sınıb, qolu gipsdədi. Vitse-prezidentin isə onurğa sütununda sınıq var. Elgiz Abbasovun sağ ayağı qırılıb, gipsə salınıb. Zaur Hacıməhərrəmovun burnu qırılıb, çiyin nahiyəsində çat var. Sənan Abdullayevin isə ayağı əzilib, dabanında yara və sol ayaq barmağında kəsik olduğu üçün tikiş qoyulacaq. Həmçinin sol ayağında və əl barmağımda qırıq var... Avtomobilin sürücüsü Rasim Qafarlının hər iki ayağında əzilmə və müxtəlif dərəcəli sınıqlar olduğundan əməliyyat edilib.

Bəs hadisə necə baş verib? Həmin anda hansı tədbirlər görülüb? PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevin "football-plus.az"a açıqlamasıyla tanış olaq:

"Gecə 02.30-da 6 nəfərlik mikroavtobus vasitəsilə Bakıdan Xankəndi istiqamətində yola düşdük. Zaur bəy qabaqda sürücüylə birlikdə, biz isə arxa tərəfdə 4 nəfərdən ibarət olmaqla üz-üzə əyləşmişdik. Elgiz Abbasov Aslan Şahgəldiyevin, mən isə Elxan Səmədovun qarşısında idim. Mürgüləyirdik, çünki yorğun idik. Birdən avtomobilə nəyinsə toxunduğunu hiss etdim. Bir saniyə belə keçməmiş bədbəxt hadisə yaşandı. Elxan bəyin əyləşdiyi oturacaq mənə çırpıldı. Hər şey darmadağın oldu. Əsas qapının pəncərəsi yaxın idi. Qurtula bilmək üçün nə qədər təpikləsəm də, xeyri olmadı. Sürücü artıq avtomobildən enə bilmişdi. Onun qapısından çıxmaq istəyimiz də baş tutmadı. Sonda qıraqdan səslər eşitdik. Çağırdıq ki, daşla pəncərələri sındırıb bizi xilas etsinlər. Çox sağ olsunlar, hər kəs yardıma yetişdi. Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yetişdi. Həmçinin Elgiz bəy bizim arxamızca gələn "Qarabağ" rəsmiləriylə əlaqə saxlayıb məlumat verdi və kömək istədi. Vaxtında Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıldıq. Tibbi biliyim çox deyil, lakin ilkin tibbi müdaxilənin çox yaxşı olduğu deyildi. Hər birinə çox təşəkkür edirəm. Başda AFFA-nın prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərliyə, baş katib Sərxan Hacıyev, Gənclər və İdman naziri Fərid Qayıbov və AGİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov, "Qarabağ" rəsmiləri, Ağdam və Bərdə şəhər mərkəzi xəstəxanaları, Bərdə Diaqnostika mərkəzi, Yevlaxın təcili tibbi yardım, Fövhəladə Hallar Nazirliyi və nəhayət, "Liv Bona Dea" hospitalının əməkdaşlarına ümumiyyətlə, bizim avtomobildən xilas edildiyimiz andan indiyə qədər üzərimizdə əziyyəti olan hər bir şəxsdən Allah razı olsun. Ümid edirəm ki, bu sözlərimi oxuyub onlara necə minnətdar olduğumuzu öyrənəcəklər. Bu gün Elxan Səmədov və Aslan Şahgəldiyev həyatdadılarsa, bunu məhz onların sayəsindədi. Şükür Allaha, hər ikisinin sağlamlıq durumu yaxşıya doğru gedir".

Sənan Abdullayev Bərdədə müayinə edildikləri xəstəxananın durumu haqda fikirlərini də bizimlə bölüşdü:

"Bəlkə də normal idi, tam xatırlamıram. Məncə, daha yaxşı ola bilər. Çünki həmin yol çox işləkdi. Allah uzaq etsin, hər zaman hər şey baş verə bilir. Ümid edirəm ki, belə vacib əhəmiyyətli, yol qırağında ola xəstəxanalar daha yaxşı durumda olacaq".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet

16-12-2023, 12:0

PFL rəhbərliyi Xankəndiyə gedən yolda qəzaya düşdü - YENİLƏNİB

Manşet

17-12-2023, 00:0

Elxan Səmədovla Aslan Şahgəldiyevin əməliyyatı bitdi - SON DURUM

Aktual / Ölkə futbolu

16-12-2023, 15:0

“Qardaşım hazırda “Bona Dea”dadı, onun yanına gedirəm”

Manşet

16-12-2023, 15:0

"PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdi"

Aktual

22-06-2023, 17:0

“Qəbələ”nin futbolçusu avtomobil qəzasından danışdı - AÇIQLAMA

Premyer-liqa

20-09-2022, 20:0

PFL ilə "Neftçi" arasında görüş keçirildi

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə