“Qardaşım hazırda “Bona Dea”dadı, onun yanına gedirəm”

16.12.2023 15:55 403
Aktual / Ölkə futbolu
Peşəkar Futbol Liqasının kollektivinin - Sənan Abdullayev (mətbuat xidmətinin rəhbəri), Elxan Səmədov (prezident), Rasim Qafarlı (sürücü), Aslan Şahgəldiyev (vitse-prezidenti), Elgiz Abbasov(departament rəhbəri) və Zaur Hacıməhərrəmovun Ağdam rayonunda avtomobil qəzasına uğradığını xəbər vermişdik.

Hələ ki özləriylə əlaqə saxlayıb sağlamlıq durumlarıyla bağlı məlumat almaq mümkün olmasa da, Sənan Abdullayevin qardaşı, həmkarımız Kənan Məstəliyevlə danışa bildik. Onun "football-plus.az"a dedikləri:

"Sadəcə, qardaşımla danışa bilmişəm. Çox şükür, vəziyyətinin yaxşı olduğunu bildirdi. Sənan hazırda Bakıda yerləşən "Bona Dea" xəstəxanasındadı. Mən də ora gedirəm. Təəssüf ki, digər şəxslər haqda məlumat ala bilməmişəm".

KƏNAN BAHADIR