Deyilənə görə, 21 yaşlı yarımmüdafiəçinin idarə etdiyi "VAZ 2107” markalı minik avtomobili Qurban Həsrətovun idarə etdiyi "Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsi araşdırma aparır.
Qeyd olunanlarla bağlı Emil Səfərovla əlaqə saxlayıb fikirlərini öyrəndik. Onun”Football-plus.az”a söylədikləri belə oldu:
“Mətbuatda yazılanlarla mən də tanış olmuşam. Necə deyərlər, “şişirdilib”. Qəza nəticəsində ciddi xəsarət alan yoxdu. Sadəcə, qısa müddət həkim nəzarətində olmuşuq. İndi hər kəsin vəziyyəti yaxşıdı. Avtomobillərə də çox zərər dəyməyib. Sadəcə, bəzi jurnalistlər özümlə dəqiqləşdirmədən həqiqətə uyğun olmayan məlumatlar yayıblar”.
KƏNAN BAHADIR




