• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” zirvəni əldən vermədi

Çempionlar Liqası

17-12-2023, 19:0

Çərçənbə günü keçirilən oyunlarla bu mövsüm Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, pley-offun 14 iştirakçısı bəlli idi. Son oyun günündə daha iki kollektiv – PSJ və “Portu” adını pley-offa yazdırdı. Maraqlıdı ki, 2-ci turdan sonra “ölüm qrupu”na başçılıq edən “Nyukasl” sonda heç Avropa Liqasına da vəsiqə qazana bilmədi! “Şaxtyor”un isə Portuqaliyada sürprizə gücü çatmadı.

E qrupu
Atletiko – Latsio 2:0 (1:0)

Atletiko (Madrid, İspaniya): Oblak, Molina, Saviç (Aspilikueta, 68), Ximenes (Çağlar Söyüncü, 46), Ermoso, Lino, Vitsel (Koke, 63), De Paul, Saul, Qrizmann (Depay, 46), Korrea (Morata, 63).
Latsio (Roma, İtaliya): Provedel, Maruşiç (Latsari, 58), Kasale, Qila, Hüsay (Pelleqrini, 70), Alberto (Kamada, 63), Genduzi, Vesino, Pedro (Anderson, 58), Zakkanyi, İmmobile (Kastelyanos, 63).
Qollar: Qrizmann, 6 (1:0). Lino, 51 (2:0).
Vərəqə: Pedro, 8. Ximenes, 45+2. Maruşiç, 47. Genduzi, 72 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
13 dekabr. Madrid. 63574 tamaşaçı.

oyunun statistikası
16 (4) qapıya (“çərçivə”yə) zərbə 10 (4)
5 künc zərbəsi 3
1 ofsayd 2
12 qayda pozuntusu 10
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
57 topa sahibolma (faizlə) 43

Bu qarşılaşmada qrupun lideri müəyyənləşməliydi. Bu komandaların Romadakı ilk görüşündə, məlum olduğu kimi, qapıçı Provedel son saniyələrdə “Latsio”nu məğlubiyyətdən xilas etmişdi. Amma bu dəfə Mauritsio Sarrinin komandasında xilaskar və ya qəhrəman tapılmadı. Madrid təmsilçisi favorit statusunu çox asanlıqla doğrultdu. Artıq 6-cı dəqiqətə “Atletiko”nun baxımlı əks-hücumu Qrizmannın qolu ilə nəticələndi. Fransalı forvard qrup mərhələsində 5-ci qolunu vurdu. Bu, onun karyerasının ən yaxşı göstəricisidi. Ümumilikdə “Latsio” pis təsir bağışlamasa da, komandanın performansı bu matçda nəinki qələbə qazanmağa, heç qol vurmağa da kifayət etmədi. “Hindular”ın mərkəz müdafiəçisi Ermoso hələ fasiləyə qədər ikinci qolu vursa da, VAR-ın müdaxiləsindən sonra qol qeydə alınmadı. Amma ikinci hissənin əvvəllərində yerli fanatlar yenidən ayağa qalxdı. İlk qolda hesabına məhsuldar ötürmə yazan Lino bu dəfə özü fərqləndi. Sarrinin əvəzetmələri də heç bir işə yaramadı və “Atletiko” əldə etdiyi üstünlüyü sona qədər qorumağı bacardı. Bu nəticə ilə komanda 2016/17-dən bəri ilk dəfə qrupu zirvədə tamamladı. Son 6 mövsüümdə “Atletiko” 4 dəfə ikinci olmuşdusa, 2 dəfə, ümumiyyətlə, pley-offa vəsiqə qazana bilməmişdi.

Seltik – Feyenoord 2:1 (1:0)
Seltik (Qlazqo, Şotlandiya): Hart, A.Conston, Uelş (Laqerbilke, 75), Skeylz, Teylor, O`Rayli, Makqreqor, İvata (Bernardo, 19), M.Conston (Forrest, 68), Palma (Freym, 75), Furuhaşi (O Hyun Gyu, 68).
Feyenoord (Rotterdam, Niderland): Beylo, Qeertruyda, Beelen (Dilrosun, 78), Hantsko, Hartman, Zerruki, Timber (Van Den Belt, 54), Stenqs (Viffer, 54), Payşao (Minteh, 54), İvanuşets (Ueda, 67), Ximenes.
Qollar: Palma, 33-p. (1:0). Minteh, 82 (1:1). Laqerbilke, 90+1 (2:1).
Vərəqələr: A.Conston, 22. Zerruki, 31. Timber, 44. Teylor, 45+1. Minteh, 61. Viffer, 90+6 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
13 dekabr. Qlazqo. 56391 tamaşaçı.

oyunun statistikası
13 (7) qapıya (“çərçivə”yə) zərbə 20 (7)
6 künc zərbəsi 8
2 ofsayd 2
4 qayda pozuntusu 14
2 (0) sarı (qırmızı) vərəqə 4 (0)
49 topa sahibolma (faizlə) 51

İlk 5 turda cəmi 1 xal qazanmaqla hətta AL-ə vəsiqə əldə etmək şansını da itirən “Seltik” qrup mərhələsini yüksək əhval-ruhiyyədə tamamladı. Qlazqo nəhəngi həm də ÇL-in qrupunda 15 oyunluq qələbəsiz seriyaya son qoydu. Son qələbə 2017/18-də “Anderlext” ilə səfər oyununda (3:0) əldə olunmuşdu. Doğma meydanda isə “zolaqlılar” ÇL-in qrupunda son qələbəni 10 il öncə əldə etmişdilər! “Seltik Park”dakı oyun baxımlı alındı. Çünki hər iki komandanın artıq heç bir hədəfi qalmamışdı. Brendan Rocersin komandası ilk yarıda 3 real fürsət yaratsa da, onlardan yalnız birini dəyərləndirdi. Honduraslı Palma VAR-ın sayəsində qazanılan penaltini dəqiq yerinə yetirdi. İkinci hissədə əvəzetmələrin hesabına fəallaşan “Feye” əsas vaxtın sonuna 8 dəqiqə qalmış hesabı bərabərləşdirdi. Qambiyalı yarımmüdafiəçi Minteh ÇL-də 4-cü oyununda ilk qolunu vurdu. O, 19 yaş 144 günlüyündə fərqlənməklə son 15 ildə “Feyenoord”un heyətində ÇL-də qol vuran ən gənc futbolçu oldu. Amma son sözü yenə də meydan sahibləri söylədi. Hücuma qoşilan mərkəz müdafiəçisi Laqerbilke cinah asmasını başla tamamlayaraq “Seltik”in həsrətinə son qoydu. Maraqlıdı ki, “Feyenoord” bu mövsüm ÇL-in qrupunda bütün qarşılaşmalarda qapıya zərbə baxımından rəqiblərini üstələyən yeganə komanda olsa da, pley-offdan kənar qaldı. Sonuncu dəfə bu cür uğursuzluq yaşayan kollektiv 2015/16-da “Mançester Yunayted” olmuşdu. Bundan başqa rotterdamlılar ÇL-də ardıcıl 8-ci səfər oyununda məğum oldular. Bu, Niderland təmsilçiləri üçün yeni antirekorddu.

1. Atletiko 6 4 2 0 17-6 14
2. Latsio 6 3 1 2 7-7 10
3. Feyenoord 6 2 0 4 9-10 6
4. Seltik 6 1 1 4 5-15 4

Oyundan sonra...
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Erkən qol vurmaq işimizi bir xeyli asanlaşdırdı. “Latsio” bizə müdafiədən hücuma sürətli şəkildə çıxmağa imkan vermirdi. Ümumiyyətlə, ilk yarıdakı oyunumuzu bəyənmədim. İkinci hissədə daha istəkliydik və fərqi artırıb hədəfimizə çatdıq. Pley-offda oğlumun şərəfini qoruduğu “Napoli ilə qarşılaşmaq istərdimmi? Bilirəm ki, o, bunu arzulayır. Düzdü, Covanni ötən mövsümlə müqayisədə indi daha az oynayır. Amma “Napoli” əla komandadı. “İnter”lə düşmək ehtimalımız da var. İstənilən halda güclü komanda ilə qarşılaşacağıq. 4 İspaniya təmsilçisinin qrupunu lider tamamlaması bu klubların gücündən xəbər verir. Biz bu mövsüm Avropada yenidən adımızdan söz etdirmək istəyirik”.

Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi: “Oyunla bağlı geniş danışmağa ehtiyac yoxdu. Sadəcə, “Atletiko” müdafiədə yol verdiyimiz səhvlərdən yararlanmağı bacardı. Biz isə onların səhvlərindən yararlanmağı bacarmadıq. Hərçənd 4 real qol epizodu yaxaladıq. Bəzi oyunçularımdan daha yaxşı performans gözləyirdim. La Liqanın səviyyəsi yüksəkdi. Bu turnirdə böyük rəqabət yaşanır. Amma 4 İspaniya klubunun qrupu lider bitirməsini bununla əlaqələndirməzdim. Ötən mövsüm İtaliya klubları da hər üç avrokubokda finala qədər irəlilədi. Bəzən bu, sırf həmin mövsüm yaşanan təsadüflərlə də bağlı olur. Amma İspaniya təmsilçiləri, təbii ki, güclüdü”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Çempionlar Liqası

1-12-2023, 21:0

“Atletiko” həm özü pley-offa çıxdı, həm də “Latsio”ya yardım etdi

Çempionlar Liqası

21-09-2023, 21:0

Qapıçı “Latsio”nu məğlubiyyətdən xilas etdi!

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

26-10-2023, 01:0

Çempionlar Liqasında 3-cü tura yekun vuruldu - YENİLƏNİB

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 168
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə