PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev və Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov srağagün Qəbələyə səfər edib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionatının keçirilməsinə cavabdehlik daşıyan qurumun rəsmiləri “Qəbələ” – “Şamaxı” matçını izləyib.
Ordan isə PFL rəhbərliyi ətraf bölgələrə yollanıb. Bu məlumatı da Şahgəldiyevdən aldıq:
“Qəbələdən sonra mən və Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov Zaqatalaya yollanacağıq. Ordan isə Mingəçevirə baş çəkəcəyik. Səfərimizin sonunda İmişliyə gedəcəyik. Bildiyiniz kimi, avqustun 24-də birinci divizionda yeni mövsümə start verilir. Ona görə də divizionda çıxış edəcək komandaların infrastrukturu ilə maraqlanıb, çatışmazlıqları üzə çıxarmaq istəyirik. Səfər proqramında adını qeyd etdiyim rayonlarla yanaşı, onlara yaxın bölgələrdə olan stadionları da gözdən keçirməyi planlaşdırırq ki, gələcəkdə fors-major hadisə yaşananda hansı stadionlardan istifadə edə biləcəyimizi müəyyənləşdirək”.
RƏŞAD