Çempionlar Liqasında hamını qabaqladı

3.12.2023 10:20 223
Çempionlar Liqası
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, UEFA-nın saytında keçirilən sorğuda Çiro İmmobile qalib gəlib. “Latsio”nun hücumçusu qrup mərhələsinin 5-ci turunun “Seltik” ilə matçında (2:0) sonradan meydana çıxaraq iki qol vurmaqla komandasının qələbəsində böyük rol oynamışdı. 33 yaşlı İmmobile digər namizədlər Filip Foden (Mançester Siti), Joao Mario (Benfika) və Hakim Ziyeşi (Qalatasaray) arxada qoyub.

ÇL-də 5-ci turun ən baxımlı qolu da seçilib. Əksər azarkeşlər “Qalatasaray”ın oyunçusu Kərəm Aktürkoğlunun “Mançester Yunayted” ilə oyunda (3:3) vurduğu qolu bəyəniblər.