Qvardiola, İnzaqi, yoxsa Spalletti?

15.12.2023 14:54 205
Dünya futbolu
FİFA 2023-cü ilin ən yaxşı məşqçisi adına son namizədlərin adlarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, yekun siyahıya üç mütəxəssis layiq bilinib
.
Qurumun saytının yaydığı xəbərə görə, “The Best” mükafatı Xosep Qvardiola (Mançester Siti), Simone İnzaqi (İnter) və ya Luçano Spallettiyə (Napoli/İtaliya yığması) çatacaq. Qeyd edək ki, FİFA əvvəlcə fərdi mükafata 5 namizədi müəyyən etmişdi. Ekspert komissiyasının rəyi əsasında seçilən məşqçilərin sayı yığmalardan olan həmkarları, milli komandaların kapitanları, jurnalistlər və FİFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsassən üçə enib. Qalibin adı gələn il yanvarın 15-də Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Xatırladaq ki, Qvardiola 2022/23 mövsümündə “Mançester Siti”ni İngiltərə çempionatı, ölkə kuboku və Çempionlar Liqasında (ÇL) qələbəyə daşıyıb. İnzaqinin başçılığı altında İtaliya kubokunu qazanan “İnter” ÇL-in finalında MS-yə minimal hesabla məğlub olub. Spalletti isə “Napoli”ni 33 ildən sonra A seriyasında ilk çempionluğa daşıyıb.