7-ci dəfə beyin sarsıntısı keçirən idmançı karyerasını bitirdi

28.08.2023 16:50 214
İdman
“Sietl”ın hücumusu Yoonas Donskoy karyerasını bitirib.

“Football-plus.az” xəbər verir ki, finlandiyalı hokkeyçi beyin sarsıntısı keçirdiyindən bu qərarı verib. O, 2022/23 mövsümündə rəqibi ilə toqquşaraq yıxılmış və başı buza dəymişdi. Bu, Yoonasın karyerasında yeddinci beyin sarsıntısı idi.

Hokkeyçi karyerasını bitirməsi ilə bağlı bunları söyləyib:

“Bu, qorxulu və düşündürücüdü. Ailə başçısıyam və uzun illər sağlam ata olmalıyam. Dəfələrlə beyin sarsıntısı keçirmişəm. Bu səbəbdən də karyeramı bitirmək istəyirəm. Bütün həyatımı həsr etdiyim işi bitirmək üzücüdü. Amma bu, mənim gələcəyim və rifahım baxımından düzgün addımdı. Ən böyüm arzum MHL-də oynamaq idi. Bəxtim gətirdi. Öz potensialımı dərk edirdim. Yekunda istəyimə nail oldum. Hamınıza təşəkkür edirəm. Yeni başlanğıcın vaxtıdı”.


İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul