“Çelsi” Ris Ceymsin xidmətindən məhrum olub. Futbolçu dilinin bəlasına düşüb.
“Football-plus.az” xəbər verir ki, “Çelsi”nin kapitanı hakimi təhqir etdiyi üçün cəzalandırılıb. O, premyer-liqanın 6-cı turunun “Aston Villa” ilə matçında (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib. Ceyms bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməsə də, stadionda olub. O, matçdan sonra tribunaaltı məkanda hakim Carred Cilletti söyüb.
Yerli futbol qurumu Risi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu premyer-liqanın 8-ci turunun oktyabrın 7-nə təyin olunan “Bernli” ilə oyununda iştirak hüququnu itirib.