Konfrans Liqasının (KL) qrup mərhələsinin 6-cı turunda rekord qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, qrup mərhələsinin ilk 5 turundan sonra yalnız “Vest Hem” maksimum nəticə göstərmişdi. İngiltərə klubu qələbə seriyasını davam etdirib. FKSB-ni Rumıniyada üç cavabsız qolla məğlub edən londonlular avrokuboklarda ardıcıl 8-ci qələbəni qazanıblar. “Vest Hem” bununla öz rekordunu yeniləyib.