“Srvena Zvezda” “Real”ı arxada qoydu

10.12.2023 17:21 420
Dünya futbolu
Serbiya çempionatında “Srvena Zvezda”nın unikal seriyası davam edir.

“Football-plus.az” xəbər verir ki, paytaxt komandası 18-ci turda “Mladost Luçani”yə 3:1 hesabı ilə qalib gəlib. Bununla da belqradlıların çempionatın ev oyunlarındakı məğlubiyyətsiz seriyası 122-yə çatıb. Onlar öz meydanında sonuncu dəfə 2018-ci ilin aprelində uduzublar.

“Srvena Zvezda” Avropada bu göstərici ilə “Real”ı arxada qoyub. Madrid klubu İspaniya çempionatında 1957-65-ci illərdə evdə ardıcıl 121 matçda məğlub olmayıb.