• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həkken”i məğlub etmək üçün 5 səbəb - Tarixi oyuna 8 saat qaldı!

Manşet / Avropa Liqası

14-12-2023, 13:0

“Qarabağ” bu gün Avropa Liqasında qrup mərhələsinin son oyununa çıxır.

Nəfəslər dayanıb, bilet tükənib, hər kəs Azərbaycan çempionunun pley-offa qələbə ilə adlamasının intizarındadı. Düzdü, hadisələr elə cərəyan edə bilər ki, məğlubiyyət də ağdamlılara mane olmaz. Amma bu ilə məhz qələbə ilə yekun vurmaq “Qarabağ”a da, futbolumuza da, Azərbaycana da çox lazımdı.

1-ci səbəb: sosial sifariş, tarixə düşmək şansı
“Qarabağ” ardıcıl 10 ildi avrokubokların qrupunda oynayır və əvvəlki 9 ilin heç birində nəinki qitənin əsas klub turniri olan Çempionlar Liqasında, heç 2-ci dərəcəli turnir sayılan Avropa Liqasında da pley-offa adlamayıb. Bu mənada tarix yazmaq ağdamlıların öz əlindədi. Həm də bu, bütün ölkənin istədiyi, arzuladığı, təşnə olduğu qələbədi. Xankəndində bayrağımızın dalğalandığı ilə Qarabağın bizimki olmasının rəmzinə çevrilən komandanın gözəl bir hədiyyə ilə yekun vurmasına ehtiyacımız var.

2-ci səbəb: Rusiyanı geridə qoymaq imkanı
Tam 35 il ərzində Xankəndinə, Qarabağa həsrət qalmağımızın əsas səbəbkarından olan Rusiya hazırda 18,632 xalla UEFA-nın əmsallar cədvəlində 28-ci yerdə qərarlaşıb. Məlum səbəbdən Rusiyanın klubları ardıcıl iki ildi avrokuboklara qatılmır. UEFA ötən il Rusiya futboluna 4,333 bal bağışlamışdısa, bu il hədiyyəni kəsdi. Bu üzdən Rusiyanın əmsallar cədvəlində tədricən aşağı yuvarlanması anlaşılandı. Slovakiya və Bolqarıstan cari mövsümdə artıq şimal qonşularımızı arxada qoyub. İndi isə növbə bizimdi. 28-ci pillədə olan ölkəmizin əmsalı 18,125-ə bərabərdi. “Qarabağ” bu gün “Həkken”ə qalib gəlsə, 2 xal qazanacaq, bunu da təmsilçi sayımıza, yəni 4-ə böləndə 0,500 bal edir. Deməli, reytinqimiz avtomatik 18,625-ə yüksələcək. Düzdü, bu halda da ruslardan azacıq geri qalırıq. Ancaq...
İsveç klubu üzərindəki mümkün qələbə “Qarabağ”ı qrup ikincisi edəcək, Avropa Liqasının qrupunda ikincilik bizə 2 bonus xalı da qazandıracaq. Deməli, daha 0,500, toplam 19,125 əmsal və ...əlvida, Rusiya! Belədə avtomatik Rusiyanı arxada qoyub 28-ci pilləyə yüksəlirik. Yeri gəlmişkən, bu hədəfə çatmaq üçün “Qarabağ”ın “Həkken”lə heç-heçəsi də bəs edə bilər. Ancaq bu məqamda “Molde”nin paralel oyunda “Bayer-04”ü məğlub etməməsi lazım gələcək. Axı belədə “Qarabağ” 3-cü yerin sahibi kimi Konfrans Liqasına yollanacaq və bonus da qazanmayacaq.

3-cü səbəb: mövsümlük əmsal rekordunu yeniləmək
Qələbə təkcə Rusiyanı arxada qoymağımıza imkan verməyəcək, həm də Azərbaycanın yeni mövsümlük rekord müəyyənləşdirməsinə yol açacaq. Avrokuboklarda çıxış etdiyimiz illər ərzində mövsümlük qazancımız maksimum 4,375 bal olub. Üç dəfə - 2015/16, 2017/18, 2021/22 mövsümlərində bu rəqəmdə dayanmışıq. Bu mövsüm üçün artıq 3,875 əmsal toplamışıq. “Qarabağ” bu gün qələbə qazacanağı halda mövsümlük əmsalımız avtomatik 4,875-ə yüksələcək ki, bu da yeni ölkə rekordu deməkdi.

4-cü səbəb: son tur sindromuna son
Girişdə vurğuladığımız kimi, “Qarabağ” indiyə qədər 9 dəfə avrokubokların qrupunda oynayıb. Maraqlıdı ki, ağdamlılar heç vaxt sonuncu – 6-cı turda qələbə qazana bilməyib. Əvvəlcə illər üzrə nəticələrə nəzər salaq.
11.12.2014. AL. Qarabağ – İnter (İtaliya) 0:0
10.12.2015. AL. Anderlext (Belçika) – Qarabağ 2:1
08.12.2016. AL. Qarabağ – Fiorentina (İtaliya) 1:2
05.12.2017. ÇL. Roma (İtaliya) – Qarabağ 1:0
13.12.2018. AL. Arsenal (İngiltərə) – Qarabağ 1:0
12.12.2019. AL. Qarabağ – Düdelanj (Lüksemburq) 1:1
10.12.2020. AL. Vilyarreal (İspaniya) – Qarabağ +:-
09.12.2021. KL. Bazel (İsveçrə) – Qarabağ 3:0
03.11.2022. AL. Qarabağ – Frayburq (Almaniya) 1:1
Statistikadan da göründüyü kimi, “Qarabağ” heç vaxt avrokubok ilinə qələbə ilə yekun vurmayıb. Tilsimi məhz bu il qırmaq olar.

5-ci səbəb: “Molde”dən güclü olduğumuzu göstərmək imkanı
Bu mülahizə bəlkə də çoxlarına qəribə görünəcək. Axı Norveç klubunu evdə məğlub etmişik, səfərdən də heç-heçə ilə dönmüşük. Amma qrupun turnir cədvəlində xallar bərabərdi, hətta top fərqində norveçlilər öndədi. Odu ki, qrupun son oyununda qələbə qazanıb “Molde” ilə xal fərqi yaratmaq, bu komandanı “Bayer-04”lə baş-başa buraxmaq lazımdı.

ORXAN

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

17-08-2023, 22:0

"Qarabağ" ardıcıl 10-cu dəfə qrup mərhələsində

Dünya futbolu

10-11-2023, 20:0

''Beşiktaş'' antirekordunu yenilədi və pley-off şansını itirdi

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Manşet / Avropa Liqası

14-11-2023, 12:0

“Qarabağ” üçün üç versiya: çətin, rahat, yoxsa ideal? - YAZI

Manşet / Çempionlar Liqası

3-08-2022, 10:0

Çempionlar Liqasında daha 5 oyun - YENİLƏNİR

Manşet / Avropa Liqası

21-09-2023, 13:0

“Qarabağ” H qrupundan necə çıxa bilər?

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 139
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 87
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə