Futzal Federasiyasının prezidenti milli komanda ilə görüşdü

14.12.2023 10:52 168
İdman
Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov dünya çempionatının elit mərhələsində Bakıda Rumıya yığması ilə üz-üzə gələcək milli komanda ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.

Millinin baş məşqçisi Vitali Borisov hazırlıq və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayına giriş sərbəst olacaq. Qazaxıstan 4 oyundan sonra 12 xalla A qrupunda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.