Futzal Federasiyasının rəsmisi milli üzvləri ilə görüşdü

5.10.2023 11:55 187
İdman
Futzal Federasiyasının rəsmisi DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl milli üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, taktiki çalışmadan əvvəl federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçıları dinləyib.

O, Qazaxıstanla keçiriləcək oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan matçı saat 20.00-da başlayacaq.