Oyunla bağlı Qazax təmsilçisinin baş məşqçisi Elxan Muradov "Football-plus.az" saytına danışdı:
"İlk tur həmişə ağır olur. Səfərdə oynadığımızı nəzərə alsaq, bizim üçün lap çətin oldu. Meydan sahibləri fiziki cəhətdən bizdən üstün idi. Nə qədər hazırlaşsaq da, yaxşı toplanış keçə bilməmişik. Sadəcə, təcrübəmiz və əvəzetmələr qələbəmizdə əsas pay sahibi oldu. Yaxşı ki, 5 əvəzetmə var. Çünki futbolçularımız fiziki cəhətdən şəkililərlə rəqabət apara bilmirdi. Dəyişiklər köməyimizə yetdi. Bu gün təcrübə və oyuna sonradan daxil olanların sayəsində qalib gəldik. Çalışacağıq ki, qarşıdakı turlarlarda daha yaxşı çıxış edək".
ABDULLA İSMAYILOĞLU
