• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionlar Liqası dünyəviləşə bilər!?

Çempionlar Liqası

11-12-2023, 19:0

Artıq bir neçə gündü dünya mediasında yeni ideya ilə bağlı müzakirələr aparılır.

"Football-plus.az" xəbər verir ki, ideya və ya planın hazırkı məqamda çox da inandırıcı görünməsə də, müəyyən şərtlər daxilində reallaşa biləcəyi güman olunur. Bu ehtimalı irəli sürən “Saxo Bank”dı. Danimarka bankının proqnozunun necə həyata keçə biləcəyinə göz gəzdirək.

Neftin qiymətindən asılı olan layihə
“Saxo Bank”ın irəli sürdüyü ehtimal adamı şoka salmaya bilmir. Bu mənbəyə əsasən, neftin qiyməti 2024-cü ilin ortalarında bir barrel üçün 150 dollara (139 avro) qədər artacağı halda, Səudiyyə Ərəbistanı hakimiyyəti UEFA Çempionlar Liqasını (ÇL) satın alacaq və bu turniri dünya miqyasında genişləndirəcək. Sərmayə bankının əməkdaşlarının gəldikləri ümumi qənaət belədi: “Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən gələn gəlirlərdən asılılığını aradan qaldırmağa və ölkəni turizm, istirahət və əyləncə mərkəzinə çevirməyə yönələn restrukturizasiyası neftin qiymətinin artmasına əlavə stimul yaradır. Qiymətin gələn ilin ortalarında bir barrel üçün 150 dollara qədər yüksəlməsi gözlənilir. Bu mineralın satışından əldə edilən gəlirin artacağını nəzərə alan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yeni turnir planlaşdırıb: o, əvvəlcə FİFA-nın yardımı ilə ÇL-i satın almağa, sonra isə bu turniri dünyəviləşdirməyə çalışacaq”.

UEFA ÇL-i sata bilər?
Son illər beynəlxalq futbol turnirlərinin formatında edilən dəyişikliklər və maliyyə əməliyyatları artıq bu fikri əminliklə söyləməyə imkan verir: FİFA və UEFA-nın başbilənlərini əsasən üç məsələ maraqlandırır. Birincisi pullar, ikincisi pullar, üçüncüsü isə yenə pullardı. Son illər bu nüfuzlu futbol təşkilatlarının bütün qərarları daha çox qazanmağa hesablanıb. Maraqlıdı ki, artıq beynəlxalq futbol qurumlarının rəhbərlərinin illik qazancı barədə məlumatlar yayılmır. Halbuki aparıcı liqalarda oynayan futbolçularla məşqçilərin məvacibi hamıya bəllidi. Yeri gəlmişkən, FİFA-nın prezidenti Canni İnfantinonun ötənilki maaşı 3,6 milyon avroya bərabər olub. Amma onunla və ya ona yaxın olan adamlarla bağlı olan firmaların gəliri haqda heç bir məlumat yoxdu. Sual olunur: bəs FİFA və UEFA-nın digər məmurlarının illik qazancı nə qədərdi?

Yeri gəlmişkən, Aleksander Çeferin də son vaxtlar qətərlilərlə təsadüfən dostlaşmayıb. UEFA-nın rəhbəri də İnfantino kimi Səudiyyə Ərəbistanının şeyxləri ilə anlaşmalara üstünlük verir. Bir müddət əvvəl bu ölkənin bir neçə aparıcı klubunun Avropa ÇL-ində iştirak edə biləcəyi ilə bağlı xəbər yayılmışdı. İndi “Saxo Bank”ın əməkdaşları şahzadə Məhəmməd bin Salmanın bu turniri satın almağı düşündüyünü ehtimal edirlər. Məlumunuz olsun ki, İnfantino yeni formatda - 32 komandanın iştirakı ilə keçiriləcək Klublararası Dünya Çemponatının (KDÇ) bir mövsümünün təşkilatçılıq hüququnu ərəb şeyxinə verəcək. Futbolçular yaxın gələcəkdə yayda istirahət etmək əvəzinə yenilənən rəsmi yarışda iştirak etməklə ABŞ, Çin və Səudiyyə Ərəbistanı publikasını əyləndirməli olacaqlar. Artıq Futbolçuların Həmkarlar İttifaqının üzvləri buna etirazlarını bildiriblər. İspaniya La Liqasının klubları da KDÇ-nin yeni formatına qarşıdılar.

Premyer-liqada çıxış edən klublar isə susmağa üstünlük verirlər. Bu da səbəbsiz deyil. Çünki “Nyukasl” və “Mançeter Siti”dən başqa bir çox klubların Asiya şirkətləri ilə müqaviləsi var. Bütün Avropa futboluna diqtə etmək imkanı olan şeyx üçün illüziya formalaşdırsaq, proseslər ÇL brendinin satılması ilə nəticələnəcək. Çeferin yaxşı bilir ki, müasir dövrdə sanballı maliyyə axınını təmin etmək vacibdi. Amma bu da var ki, ərəbin milyardları prosesə müdaxilə etsə, faktiki Superliqa yaranacaq. Dünyəviləşəcəyi iddia edilən ÇL-də 48 komandanın iştirakı da planlaşdırılır. Bax, bu lap ağ oldu! Hələ yeni turnirin bir çox oyunlarının Səudiyyə Ərəbistanında təşkili də proqnozlaşdırılır.

Və ya, sadəcə, bu ölkəyə ÇL-də 4 vəsiqə veriləcək. Deməli, avropalılar bir sıra matçlara görə uzaq məsafə qət etməli olacaqlar. Əlbəttə, neft bazarındakı süni qıtlıq şexlərə yaxşıca qazanmaq imkanı verəcək. Onlar isə pulunu hara xərcləməyi bilirlər. Söhbət yalnız futboldan da getmir, ərəblər dünya idmanına çoxdan sərmayə qoymağa başlayıblar.

Aydın məsələdi ki, avropalı fanatların ərəb milyardlarına qarşı müharibəsi başlayacaq. İngiltərə, İspaniya və Almaniyada ÇL brendinin satışının əleyhinə çıxanlar mütləq tapılacaq. Amma bölünmə və xaos vəziyyəti həmişə pis oğlanların xeyrinə olub. Məsələnin digər yönü də vurğulanmalıdı. Çeferin Avropanın ən gəlirli və nüfuzlu klub turnirini şeyxlərə satandan sonra bəzi ölkələr UEFA-dan çıxacağı halda qitə futbolunu xaos bürüyəcək. Bəzi klublar yeni turnirə parael olaraq Superliqalar yaramağa çalışacaqlar. Başqa sözlə, pula pul deməyən şeyxlər yeni ideyasını uzaqgörən olmayan və tamahkar məmurların da köməyi ilə reallaşdırmaqla futbolu məhvə sürükləyə bilərlər.

Niyə məhz idman sahəsi?
İmicini idmanın köməyi ilə “təmizləmək” vaxtilə faşistlərlə nasistlərin əl atdığı taktikadı. Bu taktika indiyədək mövcuddu, ona görə ki, effektli işləyir. Hələ FİFA tərəfindən rəsmən bəyan edilməsə də, 2034-cü ilə təyin olunan dünya çempionatı Səudiyyə Ərəbistanında təşkil ediləcək. Səbəb sadədi: təşkilatçılıq üçün ali futbol qurumuna yalnız bu ölkə müraciət edib və qeyri-adi nəsə baş verməsə, mundialı keçirmək hüququ tezliklə səudiyyəlilərə veriləcək. Başqa variant yoxdu. Bu da var ki, Ərəbistanda yay aylarında hava isti və quru olur. Bu ərazidə 29 dərəcə aşağı hərarət hesab olunur. Səhrada temperatur 45 dərəcəyə qədər yüksəlir. Qarşıdakı 10 il ərzində müasir stadionların inşası nəzərdə tutulub. Amma artıq məlum olduğu kimi, dünya çempionatı Bin Salmanın satın almağı planlaşdırdığı ilk idman yarışı deyil.

Yuxarıda vurğuladığımız kimi, bu fəaliyyətlər ölkənin turizmdən əldə edilən gəlirlərini daha da artırmağa hesablanıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının kurortları bunsuz da cəlbedici idi: Kriştiano Ronaldo kimi dünya səviyyəli futbolçunu “Əl-Nəssr”ə gətirməyə elə bir lüzum yox idi. Lakin, belə desək, içində neftin təmin etdiyi milyardların olduğu balışları qucaqlayıb yumşaq divan və kreslolarda əyləşən şeyxlər məşhur oğlanlarla bir masanı bölüşmək, dünyaya təsir etmək eşqinə düşürlər. Xüsusilə qeyd edək ki, heç kim onlara nəhəng xarici şirkətləri ələ keçirmək imkanı verməyəcək. Çinlilərin 20 il əvvəl etdikləri artıq dünya iqtisadiyyatı üçün keçilmiş mərhələdi. Odu ki, ərəblər belə fəaliyyətə ciddi şəkildə girişmirlər.

Amma Direktorlar Şurasında səsvermə hüququ üçün vacib olan səhmlər şahzadə Bin Salmanda var. Bu yerdə müəmmalı olan bir məsələyə də toxunaq. Özü də milyarder olan İlon Maska indi “X” adlanan məşhur sosial şəbəkəni satın almaqda kimin kömək etdiyi sual doğurur. 43 milyard dollarlıq əməliyyatda səudiyyəlilərin də barmağı varsa, bu gedişlə dünya mediası ÇL-in Ər-Riyadda, futbol üçün cənnətə çevrilən şəhərdə keçirilməli olduğunu vurğulayacaq.

Bin Salman hələ ki qoca monarx sayılmır: onun 38 yaşı var. O isə “yüngül güc”dən istifadə edir. Kralın gələcək xələfi idman sahəsini iki səbəbdən seçib. Birincisi, idman yarışını almaq və Ərəbistan yarımadasına gətirmək asandı. Burda əhalinin 70 faizini yaşı 35-ə qədər olanlar təşkil edir. Varlı kişilərlə qadınların əyləncəli mübarizələrə marağı böyükdü. Məhəmmədin atası olan kral 88 yaşında olduğundan qərarları vəliəhd şahzadə qəbul edir.

Biznesi üstələyən siyasi plan
Gələk əsas məsələyə. Şeyxlərin biznesdən çox siyasətlə məşğul olduqları da göz qabağındadı. Onlar idmana sərmayə qoymaqla imicini “təmizləmək” istəyirlər. Söhbət diktaturanın mövcud olduğu dövlətdən gedir. Burda hakimiyyətin qərarlarına qarşı çıxanlar cəzalanırlar. Söz və fikir azadlığı yoxdu. Qızlarla qadınların hüquqları sərt şəkildə məhdudlaşdırılıb. Məsələn, onlara 2018-ci ilə qədər sükan arxasına keçmək qadağan edilmişdi.

İdman vasitəsilə reallıqlardan yayınmağa çalışılır. Əvvəlcə boksdan başladılar: Endi Ruis ilə Entoni Coşuanın döyüşünü təşkil etdilər. Sonra qolfa maraq göstərdilər. Uzun müddət İngiltərə klublarını hədəfdə saxlayandan sonra “Nyukasl”a sahib çıxdılar. Bununla ərəb monarxiyasının mənfi yönlərini unutdurmağa çalışdılar.

Cari əsrdə Səudiyyə Ərəbistanında əhalinin sayı 21 milyondan 36 milyona qədər artıb. İş üçün bu ölkəyə gələn mühacirlərin sayı da çoxalıb. Yerlilərlə gəlmələrə fərqli münasibətin göstərildiyini də bildirək. Amma 40 dərəcəlik istidə hava limanları, stadionlar, yollar, otellər və digər obyektlərin inşası zamanı nə qədər insanın həlak olacağı və ya xəsarət alacağı FİFA-nı artıq qorxutmur. Ali qurum artıq Qətərdəki bu kimi hallara göz yummaqla mərhələni özü üçün keçilmiş sayır...

Bir neçə gündən sonra KDÇ start götürəcək. Məhz Səudiyyə Ərəbistanında! Şeyxlərin tezliklə istiqaməti ÇL-ə yönəldəcəyinə şübhə etmək olmur. Qanunlar işləmir, kimin pulu varsa, diqtə edir. Bu dəhşətdi. Axı şahzadə Məhəmməd istənilən anda pul axınını dayandıra bilər. Bu isə yalnız satışı aktuallıq qazanacaq “Nyukasl”a zərbə vurmayacaq...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-07-2023, 10:0

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanı yolunda

---

23-11-2022, 10:0

Səudiyyə Ərəbistanı millisinin futbolçusunun zədəsi ciddidi - Çənəsi qırılıb

Dünya futbolu

15-12-2022, 18:0

Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

Aktual
AFFA-nın "Qəbələ" akademiyası haqda planı... - Rövşən Nəcəf Atanur Cəfərliyə nə deyib?
“Səbail”dən ayrılan Qırğızıstana gedir – ardıcıl ikinci futbolçu
Neftçi”nin 700 min avro ödəyib aldığı futbolçu kimdi? - dillərə dastan transfer!
“Artıq çəkisi olan, eləcə də əyləncə məqsədi ilə gələnlər...” – Vüqar Nadirovdan qəribə elan
Millət vəkili “Sheki City”nin İdarə Heyətinin sədri seçildi - FİF beş klubun “qapısını döydü”
Saşa İliç haqda şok faktlar - heç bir klubda bir ildən artıq qala bilməyib!
Son xəbərlər
  • Bu gün, 10:00
    TFF legioner limitində düzəliş etdi
  • Bu gün, 08:59
    ''Beşiktaş'' türkiyəli futbolçunu ''Benfika''dan qoparmağa çalışır
  • Bu gün, 07:58
    Portuqaliya klubu Türkiyə klubundan FİFA-ya şikayət edəcək
  • Bu gün, 06:57
    İngiltərəli hakim əlavə cəza ala bilər
  • Bu gün, 05:56
    UEFA-nın gəliri nə qədər olacaq?
  • Bu gün, 04:55
    Beş futbolçu “Yunayted”dən ayrılmaq istəyir
  • Bu gün, 03:54
    Gilces-Aleksandr 4 il ərzində 285 milyon qazanacaq!
  • Bu gün, 02:53
    Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir
  • Bu gün, 01:52
    "Sabah" Avropa Liqasında debüt etməyə hazırlaşır
  • Bu gün, 00:51
    AFFA-nın "Qəbələ" akademiyası haqda planı... - Rövşən Nəcəf Atanur Cəfərliyə nə deyib?
  • Bu gün, 00:20
    “Əl-Hilal”dan tarixi zəfər - İCMAL
  • Dünən, 23:59
    KDÇ-nin dünya futboluna faydası varmı? - ən azı beş səbəb göstərmək olar
  • Dünən, 23:38
    Girassi “Monterrey”in yolunu kəsdi - İCMAL
  • Dünən, 23:17
    “Səbail”dən ayrılan Qırğızıstana gedir – ardıcıl ikinci futbolçu
  • Dünən, 22:56
    “Zirə”nin rəqibindən yeni transfer
  • Dünən, 22:26
    Neftçi”nin 700 min avro ödəyib aldığı futbolçu kimdi? - dillərə dastan transfer!
  • Dünən, 21:58
    “Artıq çəkisi olan, eləcə də əyləncə məqsədi ilə gələnlər...” – Vüqar Nadirovdan qəribə elan
  • Dünən, 21:28
    “Sportinq” titulu Amorimsiz qorudu - ŞƏRH
  • Dünən, 20:57
    Sensasiyaların sayı-hesabı yoxdu
  • Dünən, 20:28
    “Yuve” “Real”a bir hissə müqavimət göstərə bildi - İCMAL
  • Dünən, 20:15
    Transfer dosyesi - YENİLƏNİR
  • Dünən, 19:57
    "Şamaxı" braziliyalı futbolçu aldı - rəsmi
  • Dünən, 19:36
    "Neftçi"nin sabiq futbolçusunun yeni klubu
  • Dünən, 19:15
    Vinsent Till "Zirə"də - rəsmi
  • Dünən, 18:56
    "Stadiona gələn azarkeşlərimiz bizdən qollar gözləsin" - Valdas Dambrauskas
  • Dünən, 17:56
    Millət vəkili “Sheki City”nin İdarə Heyətinin sədri seçildi - FİF beş klubun “qapısını döydü”
  • Dünən, 17:25
    "Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı" - "Sumqayıt"ın yeni baş məşqçisi
  • Dünən, 16:56
    MHL ulduzları Olimpiadaya qatılacaq
  • Dünən, 16:24
    Saşa İliç haqda şok faktlar - heç bir klubda bir ildən artıq qala bilməyib!
  • Dünən, 15:56
    “Makdevid hazır olanda danışığa başlayacağıq”
  • Dünən, 15:26
    “Sumqayıt”ın yay hazırlıq planı
  • Dünən, 14:56
    Ferstappen “Mersedes”ə keçir?
  • Dünən, 14:26
    Çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq
  • Dünən, 13:57
    "Gəncə" yeni transferini açıqladı
  • Dünən, 13:28
    Süleyman Əhmədov "Karvan"da - rəsmi
Daha çox
Oxunub: 2 737
“Karvan” yeni baş məşqçisini tapdı – Azər Bağırova güvəndilər!
Oxunub: 2 232
Rza gedir, Kenan gəlir - “Neftçi”nin yeni qapıçısı Bakıdadı
Oxunub: 1 373
“Neftçi”də şok ayrılıq – Samir Abasov Ramil Şeydayevi yola saldı!
Oxunub: 1 234
Toral Bayramov legioner həyatına başlaya bilər – bəs “Qarabağ” nə deyir?
Oxunub: 1 096
Transfer dosyesi - YENİLƏNİR
Oxunub: 939
Mahir "Kayzerslautern"də ciddi səhvlərə yol verdi, baş məşqçi narazı qaldı! - qol vur, Emreli...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə