Dünən premyer-liqanın 16-cı turu çərçivəsində ''Mançester Yunayted'' aşkar favorit sayıldığı oyunda böyük bir fiasko yaşadı.
"Football-plus.az" xəbər verir ki, ''qırmızı şeytanlar'' doğma meydanda heç bir ciddi iddiası olmayan ''Bornmut''dan 3 cavabsız qol buraxaraq darmadağın oldular. Maraqlıdı ki, Mançester nəhəngi premyer-liqa çərçivəsində ilk dəfə turnir cədvəlinin ikinci ''10-luğ''unda qərarlaşan bir komandaya evdə 3 top fərqi ilə məğlub oldu. Amma ''Yunayted'' ilə bağlı başqa heyrət doğuran bir statistika var. Komanda ser Aleks Ferqyusonun dönəmində premyer-liqada 21 il ərzində evdə yalnız 34 dəfə uduzmuşdu. Amma dünənki məğlubiyyətlə birlikdə manikunianların Ferqyusonun olmadığı dönəmdə, yəni son 10 ildə premyer-liqada evdəki məğlubiyyətlərinin sayı 35-ə çatdı! Yəni komanda 2013-23-cü illərdə öz meydanında 1992-2013-cü illərdəkindən daha çox uduzub!
ƏLi