“Football-plus.az” xəbər verir ki, İspaniya klubu cari mövsümün sonunda icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra onları komandada saxlamağı planlaşdırır. Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın Kanselo üçün 15 milyon avrodan çox pul ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu barədə klubun prezidenti Xuan Laportanın açıqlamsı belə olub:
“Kanselo və Feliş bizə qoşulandan bəri yüksək səviyyədə oynayırlar. Klub onları növbəti mövsümlərdə də komandada saxlamağı planlaşdırır. Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlayacağıq. Çünki bizim həm “Mançester Siti”, həm də “Atletiko” ilə yaxşı münasibətlərimiz var”.





