Srağagün 1-ci liqada 2-ci dövrə start götürdü.
"Football-plus.az" xəbər verir ki, çempionluğa iddialı "Karvan"la "İrəvan" Yevlax şəhər stadionunda qarşı-qarşıya gəldi. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatdı. "Football-plus.az" saytı olaraq, həm irəvanlılar üzərində qələbə, həm 1-ci dövrə ilə bağlı "Karvan"ın baş məşqçisi Kənan Kərimov"un fikirlərini öyrəndik:
"Çempionatda rəqabətin artdığını, uzun illərdən sonra yenidən peşəkar liqaya qayıtdığımızı və liderlə cəmi 4 xal fərqimizin olduğunu nəzərə alsaq, ilk dövrədə yaxşı çıxış etdiyimizi düşünürəm. "İrəvan"la dünənki oyuna gəlincə, futbolçularım əsl xarakter, mübarizlik göstərərək qalib gəldilər. Belə döyüşkən kollektivin olmasıyla qürur duyur, fəxr edirəm. Qələbə münasibətiylə yetirmələrimi təbrik edirəm. Bu zəfər sayəsində vəziyyyətimiz bir qədər də yaxşılaşdı. İndi bu uğurun davamını gətirməliyik. Liderlə xal fərqini əridib yavaş-yavaş yuxarı pillələrə qalxmalıyıq".
ABDULLA İSMAYILOĞLU