Millimizin üzvü İsrail klubunda

16.09.2022 11:56 332
İdman
Azərbaycan millisinin voleybolçusu Andrey Vasilenko İsrail çempionatında çıxış edəcək.

"Football-plus.az" xəbər verr ki, o, "Hapoel" (Kfar Saba) ilə razılaşıb. Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Andrey Premyer Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.