Holann hansı cəzanı alacaq?

6.12.2023 19:21 231
Dünya futbolu
Erlinq Holann başına iş açıb. İngiltərə Premyer-Liqasının müvafiq komitəsi “Mançester Siti”nin oyunçusunu cəzalandıra bilər.

“Football-plus.az” xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, 23 yaşlı hücumçu “Tottenhem”lə oyundan (3:3) sonra hakim Saymon Huperlə bağlı paylaşım edib. O, referinin MS-nin oyunçusu Cek Qrilişin qapıçı ilə təkbətək çıxdığı epizoda mane olmasına emosional reaksiya verib. Holann sosial şəbəkədə videonu “WTF” (what the fuck – bu nə zibildi) başlığı ilə paylaşıb, lakin sonradan onu silib. İngiltərə Futbol Assosiasiyasının Nizam-İntizam Komitəsi bu anı qeydə alıb və artıq araşdırmaya başlayıb. Qurumun hücumçunu bir neçə oyunluğa cəzalandıracağı gözlənilir.

Qeyd edək ki, Erlinq bu mövsüm premyer-liqanın ən yaxşı bombardiridi. O, 14 oyuna 14 qol vurub.