Millimiz Latviya ilə heç-heçə etdi

17.07.2023 21:44 210
Yığma
Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk qarşılaşma da 1:1 hesabı ilə nəticələnmişdi.