Konor Makqreqordan Ferqyusona təhdid

25.08.2023 17:53 201
İdman
UFC-nin yüngül çəkidə sabiq müvəqqəti dünya çempionu Toni Ferqyuson (25-9) X (keçmiş “tvitter”) sosial şəbəkəsində fikirlərini bölüşərkən karyerasını bitirmək fikrində olmadığını qeyd edib:

“Yox, mən karyeramı bitirməyəcəm. Getmək vaxtımın çatdığını düşünənlərin hamısı cəhənnəm olsun. İşim var və çox qəzəbliyəm”.


Ona belə məsləhət verənlərin əlində müəyyən əsas var. Axı Toni son 6 duelin hər birində məğlub olub. İyulun 29-da ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçirilən UFC 291 turnirində Bobbi Qrin onu sona bir neçə saniyə qalmış məğlub edib.

MMA dünyasında “harda aş, orda baş” prinisipini özünə həyat norması seçən bir adam var. Əlbəttə, söhbət UFC versiyası üzrə iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqordan gedir. O, Toninin yazdığını oxuyan kimi belə cavab verib: “Mən səni bitirəcəm və bunu çox sərt şəkildə edəcəm. Heç nəyi unutmamışam”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul