• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” zirvəni ələ keçirdi, “Tottenhem” yenə uduzdu – TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 20:0

Premyer-liqada 13-cü tur liderin dəyişməsi ilə əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” ilə “Liverpul”un duelindəki heç-heçədən yararlanan “Arsenal” liderliyi ələ keçirdi. “Tottenhem”in ardıcıl 3-cü məğlubiyyəti, “Çelsi”nin “Nyukasl”la oyunda darmadağın olması da turun gözlənilməz nəticələrindədi. “Mahmızlar” 5-ci pilləyə endisə, onları məğlub edən “Aston Villa” “Liverpul”a çatdı. “Mançester Yunayted” isə hesabından 10 xal silinəndən sonra sarsılan “Everton” üzərində inamlı qələbə qazandı.

MS “Çelsi” ilə heç-heçənin ardından “böyük altılıq”dan olan daha bir komandanı məğlub edə bilmədi. “Etihad”da 1 xal qazanan “Liverpul” turnir cədvəlinin yuxarısındakı sıxlığa özünəməxsus şəkildə töhfə verdi. Bu oyun gərgin mübarizə şəraitində keçdi, ancaq qol vəziyyətlərinin çoxluğundan danışmağa dəyməz. Debütdə əsəbi təsir bağışlayan qonaqları Holann cəzalandırdı. Ardından əks-hücum taktikası seçən “Siti” “Liverpul”un təzyiqini dəf etməli oldu. Uzun müddət bu taktika yetərincə uğurla işlədi. Ancaq hesabda minimal fərq qonaqlar üçün də şans saxlayırdı. 80-ci dəqiqədə Aleksander-Arnold hesabı bərabərləşdirə bildi. Sonda meydan sahibləri daha üstün təsir bağışlasa da, onların qələbə topunu vurmaq üçün gücü qalmamışdı. O da maraqlıdı ki, Qvardiola oyunboyu heç bir dəyişikliyə əl atmadı.

“Arsenal” “Brentford”la səfər oyununda çətin qələbə qazandı. İlk dəqiqələrdən irəli atılan “topçular” qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Əksinə, meydan sahibləri fərqlənməyə daha yaxın oldu. Ancaq Rays kobud səhvə yol verən Remsdeylin səhvini “sığortaladı” və Mbemomun zərbəsini qapı xəttindən çıxardı. Ardından uzun müddət qol vəziyyəti görə bilmədik, ancaq fasilə ərəfəsində “Arsenal” bir qədər “artırdı”. Əvvəlcə Flekken Jezusun çətin zərbəsindən sonra komandasını xilas etdi, bir dəqiqə sonra qonaqlar fərqlənsə də, Trossar ofsaydda idi. 2-ci hissəsə Flekkenin qapısı önündə gərginlik praktiki cəhətdən heçə endi. Yetərincə sakit tərzdə qolsuz heç-heçəni qoruyan “Brentford” sona yaxın daha iki şansı boşa verdi. Mopenin bir zərbəsindən sonra Zinçenko təhlükəni sovuşdurdu, ardından forvard əlverişli mövqedən “çərçivə”yə düşə bilmədi. Belə görünürdü ki, oyun qolsuz heç-heçəyə doğru gedir. Ancaq “Arsenal” lap sonda qələbə topunu vura bildi. Sakanın qapıçı meydançasına göndərdiyi asmanı sonradan oyuna qoşulan Haverts dəqiq baş zərbəsi ilə tamamladı.

Heyətlə bağlı problemlər “Tottenhem”i çıxılmaz duruma salıb. Angelos Postekoğlunun komandası ardıcıl 3-cü oyunda uduzdu. Özü də yetərincə acınacaqlı şəkildə. Rəqiblər ilk dəqiqələrdən parlaq hücum futbolu göstərdi. Meydan sahibləri daha kəskin hücumlar qurur, qol vəziyyətləri yaradır, lakin bunları reallaşdırmaqda çətinlik çəkirdi. Hissənin ortalarında hesabı açmaq mümkün oldu. Hərçənd həmin vaxta qədər “mahmızlar” artıq üç top vurmalıydı. “Aston Villa” buraxdığı qoldan sonra qeyri-adi oyun göstərməsə də, fasiləyə yaxın hesabı bərabərləşdirə bildi. 2-ci hissədə isə “Tottenhem” nədənsə çox tez yoruldu. Şansını gözləyən birmingemlilər saatın tamamında irəli çıxdı. Hətta yorğun görünən londonlular belə bir neçə qol vəziyyəti yaratdı. Hərçənd birmingemlilər də kəskin əks-hücumlar qururdu. Ümumilikdə belə oyunda “Tottenhem”in qələbəsi daha ədalətli olardı. Sadəcə, qol vəziyyətlərindən zamanında yararlanmaq lazım idi.

“Çelsi” ilə oyunda “Nyukasl”ın qələbə qazanacağını düşünənlərin sayı çox deyildi. Axı “saqsağanlar”ın bir neçə oyunçusu zədəli idi. Eddi Haunun komandası? buna baxmayaraq, oyunu əla keçirdi. Məhz “Nyukasl” hesabı açdı – Maylinin gözəl ötürməsini cərimə meydançasında qəbul edən İsak topu Sançesin yanından qapıya göndərdi. “Çelsi” çox tez bərabərlik qolunu vurdu. Cərimə zərbəsi qazanan Sterlinq onu möhtəşəm şəkildə yerinə yetirdi. Fasiləyə qədər qalan dəqiqələrdə bərabər oyun getdi, komandaların hər biri irəli çıxa bilərdi. “Nyukasl” 2-ci hissəyə daha enerjili çıxdı ki, bu da iki dəqiqə ərzində vurulan iki qolda əksini tapdı. Lassells və Joelinton hesabı 3:1 etdi. Onsuz da geridönüş şansı az olan “Celsi” 73-cü dəqiqədə Ceymsin meydandan qovulmasıyla bütün ümidlərini itirdi. “Nyukasl” 10 dəqiqə sonra daha bir qol vurdu.

“Everton”la səfər oyununun MY üçün asan keçməyəcəyi gözlənilirdi ki, belə də oldu. Qonaqlar oyunun əvvəlində Qarnaçonun olduqca gözəl qolu sayəsində irəli çıxdı. Ancaq bu qol “göylər”i sındırmadı. Hissənin ortalarından etibarən Onananın qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etməyə başladı. Ancaq meydan sahibləri bunların birindən də yararlana bilmədi. Dukure, Kalvert-Lüin, Maknil inanılmaz imkanları boşa verdi. Fasilədən az sonra “Everton”un vəziyyəti bir qədər də çətinləşdi. Yanq Marsyalı cərimə meydançasında yerə sərdi, hakim VAR-ın müdaxiləsindən sonra “nöqtə”ni göstərdi. Reşford penaltini qola çevirməklə fərqi artırdı. Qoldan dərhal sonra Geyenin fərqlənmək imkanı oldu, ancaq Onana seneqallının əla zərbəsinin öhdəsindən gəldi. Tezliklə MY fərqi darmadağın həddinə çatdırdı. “Everton” sona qədər hücum etsə də, təsəlli qolu belə vura bilmədi. Mikolenkonun zərbəsi də tirdən döndü.

Turun qalan oyunlarına gəlincə, “Luton” “Kristal Pelas”ı evdə, “Vest Hem” “Bernli”ni səfərdə 2:1 hesabıyla məğlub etdi. “Nottingem Forest” və “Brayton” evdə uduzdu. Turun dünən axşam keçirilən son oyununda isə “Fulhem” “Vulverhempton”a qalib gəldi.

13-cü tur
Mançester Siti – Liverpul 1:1
Holann, 27 – Aleksander-Arnold, 80. (53289)
MS: Ederson, Ake, Diaş, Uoker, Rodri, Akanci, Dokyu, B.Silva, Alvares, Foden, Holann.
Liverpul: Alisson, Simikas, Matip, Van Diyk, Aleksander-Arnold, Cons (Qravenberx, 54), Makallister (Endo, 85), Soboslai (Qakpo, 73), Salah, Nunyes (Elliott, 85), Jota (Dias, 54).
Brentford – Arsenal 0:1
Haverts, 88. (17201)
Arsenal: Remsdeyl, Zinçenko, Qabriel, Saliba, Tomiyasu, Saka (Uayt, 90+3), Rays, Edeqor (Jorjinyo, 90+3), Martinelli (Haverts, 79), Trossar, Jezus (Nketia, 65).
Nyukasl – Çelsi 4:1
İsak, 13. Lassells, 60. Joelinton, 61. Qordon, 83 – Sterlinq, 23. (52227)
Çelsi: Sançes, Kukurelya, Badyaşil, Silva, Ceyms, Uqoçukvu (Kaysedo, 69), Fernandes, Sterlinq (Madueke, 87), Qallaher (Mudrik, 69), Palmer (Koluill, 75), Cekson (Broya, 69).
Tottenhem – Aston Villa 1:2
Lo Çelso, 22 – Torres, 45+7. Uotkins, 61. (61679)
Tottenhem: Vikario, Udoci, Emerson, Devis, Porro, Bentankur (Heybyerq, 32), Lo Çelso (Velis, 86), Conson, Kulusevski, Xil (Skipp, 71), Son Hın Min.
Everton – Mançester Yunayted 0:3
Qarnaço, 3. Reşford, 56-p. Marsyal, 75.
MY: Onana, Şou (Van-Bissaka, 76), Maquayr, Lindelöf, Dalot, Maktominey, Maynu (Amrabat, 72), Qarnaço (Pelyistri, 72), Fernandeş, Reşford, Marsyal (Mejbri, 85).
Luton – Kristal Pelas 2:1
Menqi, 72. Braun, 84 – Olise, 75. (11029)
Bernli – Vest Hem 1:2
Rodriges, 49 – O”Şi, 86-öz qapısına. Souçek, 90+1. (21319)
Nottingem Forest – Brayton 2:3
Elanqa, 3. Gibbs-Uayt, 76-p. – Ferqyuson, 26. Pedro, 45+4; 58-p. (29404)
Şeffild Yunayted – Bornmut 1:3
Makberni, 90+7 – Tavernye, 12; 51. Klyuvert, 45+3. (30208)
Fulhem – Vulverhempton 3:2
İvobi, 7. Villian, 59-p.; 90+3-p. – Kunya, 22. Hi Çan Hvan, 75-p.
1. Arsenal 13 9 3 1 27-10 30
2. Mançester S. 13 9 2 2 33-13 29
3. Liverpul 13 8 4 1 28-11 28
4. Aston Villa 13 9 1 3 31-18 28
5. Tottenhem 13 8 2 3 25-17 26
6. Mançester Y. 13 8 0 5 16-16 24
7. Nyukasl 13 7 2 4 31-14 23
8. Brayton 13 6 4 3 28-23 22
9. Vest Hem 13 6 2 5 23-23 20
10. Çelsi 13 4 4 5 22-20 16
11. Brentford 13 4 4 5 19-18 16
12. Vulverhempton 13 4 3 6 18-23 15
13. Kristal Pelas 13 4 3 6 13-18 15
14. Fulhem 13 4 3 6 13-22 15
15. Nottingem F. 13 3 4 6 16-21 13
16. Bornmut 13 3 3 7 14-28 12
17. Luton 13 2 3 8 12-23 9
18. Şeffild Y. 13 1 2 10 11-34 5
19. Everton (-10) 13 4 2 7 14-20 4
20. Bernli 13 1 1 11 10-32 4
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul) - 10, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 8.
Növbəti turun oyunları dekabrın 2-3-də keçiriləcək: Arsenal – Vulverhempton, Bernli – Şeffild Yunayted, Brentford – Luton, Nottingem Forest – Everton, Nyukasl – Mançester Yunayed, Bornmut – Aston Villa, Vest Hem – Kristal Pelas, Liverpul – Fulhem, Çelsi – Brayton, Mançester Siti – Tottenhem.

Turun rəqəmi
50 – Holann premyer-liqada qol sayını bu həddə çatdırdı, özü də 48-ci oyunda. Norveçliyə qədər heç bir futbolçu 50 qol həddinə belə tez çatmamışdı. Əvvəli rekord Endi Koula məxsus idi – 50-ci qolu 65-ci oyunda vurmuşdu. Alan Şirer bunu 66-cı, Ruud van Nistelroy 68-ci, Məhəmməd Salahla Fernando Torres isə 72-ci oyunda bacarmışdı.

Turun ulduzu
Entoni Qordon (Nyukasl) – qol və məhsuldar ötürmə ilə yadda qalan vinger möhtəşəm oyun göstərdi. Lassells məhz onun asmasından sonra fərqləndi, yekun hesabı da Qordon müəyyənləşdirdi. Entoni İsakın qolunda da yaxından iştirak etdi.

Turun sitatı
Roy Kin, MY-nin sabiq oyunçusu: “MY hazırda 6-cı yerdə qərarlaşıb. Bir neçə il əvvəl bu nəticə klub üçün ayıb sayılardı. İndi isə razıdılar. MY güclü komandalarla rəqabət aparmalıdı. Bunların sırasına “Liverpul”, “Mançester Siti”, “Arsenal” daxildi. Hələ “Tottenhem”, “Aston Villa” və “Nyukasl” da var”.

Faktlar
* Arteta “Arsenal”ı 200-cü dəfə oyuna çıxardı. “Topçular” bu müddətdə 116 qələbə qazanıb ki, bu da klub rekordudu. “Arsenal” Vengerin rəhbərliyi altında keçirdiyi ilk 200 oyunda 111 qələbə qazanmışdı, indiyəqədərki rekord ona məxsus idi. Arteta 2019-dan bəri “Arsenal”ı çalışdırır.
* Holann premyer-liqada 21 klubdan 20-nə qol vurub. O, “Liverpul”un da qapısına yol tapdı və indi yalnız “Brentford”u məyus etməyib. “Şəhərlilər” ötən mövsüm bu komandaya iki dəfə uduzdu (1:2, 0:1), 2-ci dövrənin oyununda norveçli ehtiyatda qaldı.
* MY premyer-liqa tarixində “quru” oyunların sayına görə liderdi. Komanda premyer-liqa yaranandan bəri 500-cü belə oyunu keçirdi. “Quru” oyunların sayına görə mankunianları “Çelsi” (476), “Liverpul” (460) və “Arsenal” (456) izləyir.

Oyundan sonra
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Burda oynamaq çətindi. MS ilə oyuna hazırlaşmaq üçün daha çox vaxt lazımdı. Daha yaxşı oynasaydıq, qələbə qazanardıq. Ancaq biz belə oynamadıq. 2-ci hissədə “artırmaq” lazım gəldi. Sxemi bir qədər dəyişməli olduq. Təəssüf ki, Jotanı itirdik. Alissonun da durumuna baxacağıq. Durumumuzu nəzərə alsaq, 1 xalı uğur kimi qiymətləndirmək olar”.

Pep Qvardiola, MS-nin baş məşqçisi: “Əla çıxış etdik. Gerçəkdən qürur duyuram ki, 8 ildən sonra da belə oynaya bilirik. Hər aspektdə yaxşıydıq – möhtəşəm rəqiblə elə belə oynamaq lazımdı. Bəlkə də sonuncu ötürmə sarıdan bir qədər çatışmazlıq oldu, ancaq rəqib də yaxşı müdafiə olundu. “Liverpul”la oyunda “çərçivə”mizə cəmi iki zərbə - işimiz üçün yaxşı komplimentdi. Holann həqiqətən yaxşı qol vurdu, Ake də ideal oynadı”.

Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Bu mövsümdəki ən pis oyunumuz idi. Nəticəyə görə gileylənmək hüququmuz yoxdu. Lap əvvəldən “oyunu oxuya” bilmədik. Lazımi şəkildə oynamadıq, yetərincə intensiv və enerjili deyildik. Hesab 1:1 olarkən rəqibi dərin müdafiəyə çəkilməyə məcbur etmək imkanımız var idi, ancaq “Nyukasl” üçün hər şey çox asan alındı. Bu üzdən oyunumuza görə məyusam. Gənc komandamıza inkişaf üçün belə durumlar lazımdı. Ayrı-ayrı futbolçuları günahlandırmaq olmaz, biz vahid komandayıq. Nəyin baş verdiyini bilirik, dinamikanı dəyişməyə çalışacağıq”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Hər kəsi dişləmək imkanın (heç-heçə edən MS ilə “Liverpul”u qabaqlamaq imkanını nəzərdə tutur – red.) varsa, bundan yararlanmaq lazımdı. Komandamın necə çıxış edəcəyi mənim üçün maraqlı idi. Qış başlayıb, çox soyuq idi, səfərdə “Brentford”la oynamaq çətindi. Komandanın belə şəraitdə döyüşməsi, oyunumuz, qələbə istəyimiz xoşuma gəldi. Və biz qələbəni haqq etdik. Qələbəni bəyənirəm, turnir cədvəlinin zirvəsindəyik. Burda da olmaq istəyirik. Mənim üçün də xüsusi gündü: “Arsenal”ın “sükanı arxasında” 200-cü oyunumdu. İşimi gözəlləşdirən hər kəsə təşəkkür etmək istəyirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

30-04-2022, 18:0

"Liverpul" birinci pilləyə yüksəldi

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə