• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya” və “Barselona”dan qələbə, PSJ xal itirdi - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

29-11-2023, 02:0

Qrup mərhələsinin sonuna cəmi 2 tur qalıb.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah 5-ci turun oyunları keçiriləcək. Hələ ki pley-offun 16 iştirakçısından yalnız 6-sı bəllidi. “Real”, “Mançester Siti”, “Leyptsiq”, “İnter” və “Benfika” pley-offu, “Bavariya” isə hətta qrup liderliyini də təmin edib. Bu turdan sonra pley-offun daha bir neçə iştirakçısı bəlli olacaq.

PSJ qisas ala biləcəkmi?

E qrupunda 3 komanda arasında amansız mübarizə gedir. “Latsio” evdə motivasiyasız “Seltik”i yenəcəyi təqdirdə adını pley-offa yazdıra bilər. Amma bunun üçün “Feyenoord” da “Atletiko”ya qarşı ev oyunundan xalsız ayrılmalıdı. Çox güman, bu qrupda mübarizə son tura qədər davam edəcək. “Ölüm qrupu”nda bizi yenə ajiotajlı matçlar gözləyir. Sona 2 tur qalmış 1-ci pillə ilə sonuncu arasında cəmi 3 xallıq fərqin olması, sözsüz, bu qrupa xüsusi maraq qatır. Ötən ay “Sent Ceyms Park”da 1:4 hesabıyla uduzan PSJ bu fiaskonun qisasını almağa və pley-offa bir qədər də yaxınlaşmağa çalışacaq. “Boğulmaq” üzrə olan “Milan” ötən oyunda PSJ üzərində çox vacib qələbə ilə nəfəs aldı. Amma bu dəfə “Borussiya” ilə oyuna komandanın əsas silahı Leao zədə üzündən çıxa bilməyəcək. Etiraf edək ki, “arılar”ın bu qrupda 4 turdan sonra lider olmasını sürpriz saymaq olar. Avrokuboklardakı məğlubiyyətsiz seriyanı 18 oyuna yüksəltməklə İngiltərə klubları arasında yeni rekord müəyyənləşdirən “Siti” dayanmaq niyyətində deyil. “Şəhərlilər”ə qrup liderliyini təmin etmək üçün bir neçə ay öncə evdə 7 qol vurduqları “Leyptsiq”lə budəfəki görüşdə heç-heçə oynamaq kifayət edəcək. İsveçrədəki duelin qalibi isə son turun nəticələrindən asılı olmayaraq 3-cü pilləni özü üçün təmin edəcək. “Şaxtyor” ötən tur “Barselona”nı yenməklə H qrupunda vəziyyəti əməlli-başlı qarışdırdı. Pley-offa yüksəlməyin biraddımlığında olan “Barsa” özünü çətin vəziyyətə saldı. İndi Portuqaliya nəhəngi “Portu”nu evdə yenmək tələb olunur. Uzun müddətə sıradan çıxan Qavidən başqa qapıçı Ter-Ştegen də zədəlidi! “Barsa” bu dəfə də qələbəyə həsrət qalsa və “Şaxtyor” “Antverpen”i yensə, bu qrupun son turunda bizi olduqca maraqlı bir mübarizə gözləyəcək. Amma Kataloniya nəhəngi “əjdahalar”ı yenəcəyi təqdirdə pley-offu təmin etmiş olacaq. Eyni zamanda ötən tur ÇL tarixində qol vurmuş ən yaşlı futbolçuya çevrilən sabiq “Real”lı Pepenin də “Barsa”ya qarşı necə performans sərgiləyəcəyi maraq doğurur.

“Yunayted” İstanbulda keçirdiyi son 3 oyunda məğlub olub

Çərşənbə günü türk dünyasının diqqəti İstanbula yönələcək. Saat baxımından irəli çəkilən matçda “Qalatasaray” “Mançester Yunayted”ə qarşı mövsümün ən vacib oyunlarından birinə çıxacaq. Türkiyə çempionatının son turunda zədələnən “Cim-Bom”un müdafiəsinin dirəyi Devinson Sançesdən üzücü xəbər gəlib. O, 4-6 həftəliyə sıradan çıxıb! “Qırmızı şeytanlar” “tamam, ya davam” matçına çıxacaq. Məğlubiyyət təqdirində komanda pley-off şansını itirəcək. “Qalatasaray”ın isə istənilən halda taleyinə son turda aydınlıq gələcək. İstanbulda keçirdiyi son 3 qarşılaşmada “İstanbul BŞ”yə (2020/21, 1:2), “Fənərbaxça”ya (2016/17, 1:2) və “Qalatasaray”a (2012/13, 0:1) uduzan “Yunayted” indiyə qədər Türkiyədə keçirdiyi 9 matçdan 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət ilə ayrılıb. Yəni bu komanda üçün Türkiyə səfərləri heç də asan keçmir. Onu da bildirək ki, İstanbul nəhəngi bir qol vuracağı təqdirdə 2023-də yubiley – 100-cü qolunu vurmuş olacaq. Komanda bu təqvim ilində keçirdiyi 44 rəsmi oyunda 99 dəfə fərqlənib. Bu 99 qoldan 35-i İkardinin hesabındadı! Qrupun digər matçında Tomas Müller yubiley oyununa çıxa bilər. O, avrokuboklarda 150 oyun həddnə çatmış 19-cu futbolçu olacaq. “Sevilya” adəti üzrə ÇL-in qrupunu zəif keçirir. Komanda sanki bilərəkdən qrupu 3-cü pillədə tamamlayaraq AL-ə vəsiqə əldə etmək istəyir. Çünki həmin turniri əndəlüslər, belə düsək, “özəlləşdiriblər”. Amma məsələ burasındadı ki, bu mövsüm “Sevilya” hətta 3-cü pilləyə də həsrət qala bilər. Şansı davam etdirmək üçün mütləq PSV-ni yenmək lazımdı. ÇL-in qrupunda öz meydanında keçirdiyi son 12 matçın hər birində ən azı 2 qol vuran “Arsenal” “Lans”dan həm ilk oyundakı sürpriz məğlubiyyətin qısasını almağa, həm də pley-offa vəsiqə qazanmağa çalışacaq. London nəhəngi qalib gələcəyi təqdirdə hətta qrup liderliyini də təmin edəcək. Valter Matsarrinin qayıdışından sonra səfərdə “Atalanta”nı yenən “Napoli”ni çətin “Bernabeu” səfəri gözləyir. Düzdü, madridlilərin artıq pley-offu təmin etməsi neapolluların işinə yaraya bilər. ÇL-in qrupunda keçirdiyi son 16 oyunun yalnız 2-də uduzan (10 qələbə, 4 heç-heçə) “Napoli” işi son tura saxlamamaq üçün ya özü qalib gəlməli, ya da “Union”un “Braqa”dan xal almasına ümid bəsləməlidi. D qrupunda, demək olar, heç bir intriqa qalmayıb. “Real Sosyedad”ın əla performansı və “Benfika”nın sürpriz fiaskosu artıq 4 turdan sonra intriqanın ölməsinə səbəb olub. Yalnız “İnter”lə “Real Sosyedad”dan kimin qrupu zirvədə bitirəcəyi maraq doğurur. Bu suala isə çox güman, bu komandaların son turda öz aralarındakı oyununda aydınlıq gələcək.

qrup mərhələsi, 5-ci tur
28 noyabr
E qrupu
Latsio – Seltik 2:0

Cəzalı: yoxdu
Hakim: Xəlil Umut Melər (Türkiyə)
Feyenoord – Atletiko 1:3
Cəzalı: yoxdu
Hakim: Entoni Teylor (İngiltərə)
Atletiko – 11, Latsio – 10, Feyenoord – 6, Seltik – 1.

F qrupu
PSJ – Nyukasl 1:1

Cəzalı: yoxdu/Tonali
Hakim: Şimon Marçinyak (Polşa)

Milan – Borussiya D 1:3
Cəzalı: yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)
Borussiya D – 10, PSJ – 7, Milan, Nyukasl – 5.

G qrupu
Mançester Siti – Leyptsiq 3:2

Cəzalı: yoxdu
Hakim: Qlenn Nyuberq (İsveç)

Yanq Boyz – Srvena Zvezda 2:0
Cəzalı: Lauper/yoxdu
Hakim: Danni Makkeli (Niderland)
Mançester Siti – 15, Leyptsiq – 9, Yanq Boyz - 4, Srvena Zvezda – 1.

H qrupu
Barselona – Portu 2:1

Cəzalı: yoxdu
Hakim: Daniele Orsato (İtaliya)

Şaxtyor – Antverpen 1:0
Cəzalı: yoxdu/Ekkelenkamp
Hakim: Bartoş Frankovski (Polşa)
Barselona - 12, Portu, Şaxtyor – 9, Antverp – 0.

29 noyabr
A qrupu
Qalatasaray – Mançester Yunayted

Cəzalı: yoxdu/Reşford
Hakim: Xose Mariya Sançes (İspaniya)

Bavariya – Kopenhagen
Cəzalı: yoxdu
Hakim: Stefani Frappar (Fransa)
Bavariya – 12, Kopenhagen, Qalatasaray – 4, Mançester Yunayted – 3.

B qrupu
Arsenal – Lans

Cəzalı: yoxdu/Gilavoqi
Hakim: Artur Diaş (Portuqaliya)

Sevilya – PSV
Cəzalı: yoxdu
Hakim: Davide Massa (İtaliya)
Arsenal – 9, PSV, Lans – 5, Sevilya – 2.

C qrupu
Real – Napoli

Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)

Braqa – Union
Cəzalı: yoxdu
Hakim: Kleman Turpen (Fransa)
Real – 12, Napoli – 7, Braqa – 3, Union – 1.

D qrurpu
Benfika – İnter

Cəzalı: yoxdu
Hakim: Andris Treymanis (Latviya)

Real Sosyedad – Zaltsburq
Cəzalı: yoxdu
Hakim: Nikolay Balakin (Ukrayna)
Real Sosyedad, İnter – 10, Zaltsburq – 3, Benfika – 0.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

31-08-2023, 21:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Ölkə futbolu / Liqalar

3-04-2023, 11:0

"Araz" pley-off öncəsi toplanış keçirdi

İdman

9-07-2023, 15:0

MBA: turnir içində turnir

Liqalar

4-04-2023, 15:0

AFFA hələ seçim etməyib

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 467
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 194
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə