Diniyev oynadı, komandası məğlub oldu

30.09.2023 11:23 238
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 7-cı turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Bandırmaspor”u qəbul edib.

Diniyev 0:1 hesabıyla uduzduqları bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.

“Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.