Ançelottidən Holannla bağlı iddiaya reaksiya

8.10.2022 20:57 375
Dünya futbolu
“Mançester Siti”nin hücumçusu Erlinq Holannın “Real”a mümkün keçidi ilə bağlı iddia ətrafında həyəcan davam edir.

"Football-plus.az" xəbər verir ki, Holannın MS ilə müqaviləsində 2024-cü ilin yayında “Real”a keçə biləcəyi haqda bəndin olduğu bildirilir. İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti bu məsələyə reaksiya verməyi lazım bilməyib. La Liqanın 8-ci turunun “Xetafe” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında italiyalı mütəxəssisə norveçli hücumçunun müqaviləsində “Real”la bağlı bəndin olması barədə soruşulub. Lakin Ançelotti bu mümkün transfer barədə danışmaq istəməyib:

“Bağışlayın, amma Holann haqqında şərh verməyəcəyəm”.