Kulaçın cəzası azaldıldı, "Sumqayıt"ın şikayəti təmin edilmədi

25.11.2023 14:22 170
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Zirə" klubu tərəfindən verilən şikayət qismən təmin edilib.

Premyer-liqanın 12-ci turunda "Sabah"la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən "qartallar"ın hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.

Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.

Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə 13-cü tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul