“Neftçi”nin şikayəti təmin edilmədi

19.09.2022 21:20 309
Premyer-liqa
AFFA Apelyasiya Arbitaj Tribunalının qərarını açıqlayıb.

Yığıncaqda "Neftçi" klubunun şikayətinə baxılıb. İntizam Komitəsinin "ağ-qaralar"ın U-16 komandasının futbolçusu Həsən Mahmudov barəsində qəbul etdiyi 4 (dörd) oyunluq diskvalifikasiya cəzası qüvvədə saxlanılıb.