Ronaldo bu görüşü də buraxacaq

29.07.2022 20:36 477
Dünya futbolu
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandasının daha bir yoxlama görüşünü buraxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı hücumçu iyulun 30-da Osloda "Atletiko" ilə keçiriləcək oyun üçün heyətdə yer almayıb.

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"in mövsümöncəsi Tayland və Avstraliya turunu buraxıb. 37 yaşlı forvard ümumilikdə 5 yoxlama oyununda iştirak etməyib.