Qara Qarayevdən De Byaziyə cavab

23.11.2023 21:57 491
Aktual / Yığma
Artıq millimizlə yolları ayıran Canni De Byazinin "Qafqazinfo"ya verdiyi müsahibəsində Qara Qarayev haqda səsləndirdiyi fikirlər qalmaqala səbəb oldu.
"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyə aydınlıq gətirib. 

O bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. 
De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də təqdim edib. O, həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir. 

Bununla bağlı "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayev sosial şəbəkə hesabında italiyalı mütəxəssisin fikirlərinə cavab verib:

"Milli komandanın sabiq baş məşqiçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Həmin bəhs olunan videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orda 7-8 oyunçu var və qalanları kadrda yoxdu. Bu, o deməkdi ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm!"