"Qarabağ"ın futbolçusu Qara Qarayev şəxsi "feysbuk" hesabında paylaşım edib.
Football-plus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib:
"2022/23 mövsümünün ilk yarısı başa çatdı. Azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir! İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq! Dəstəyiniz üçün təşəkkürlər! Bu alqışlar sizindi!"