• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Artıq bu yolun geri dönüşü yoxdu”

Dünya futbolu

20-11-2023, 19:0

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi başıbəlalı superkubok matçı ilə bağlı yeni açıqlamalar verib.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi bu il superkubok uğrunda oyunda ötən ilki çempion “Qalatasaray” ilə kubokun qalibi “Fənərbaxça” üz-üzə gələcək. Əzəli rəqiblərin böyük səbirsizliklə gözlənilən bu duelinə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Görüş Kriştiano Ronaldonun komandası “Əl-Nəssr”in ev oyunlarını keçirdiyi “Kral Səud Universiteti Stadionu” və ya yeni adı ilə “Əl-Əvvəl Park” adlanan arenada baş tutacaq. TFF əvvəlcə oyunun dekabrın 30-da keçiriləcəyini açıqlasa da, sonradan oyun 29 dekabr tarixinə keçirildi. Amma əsas problem bu deyil. Əsas problem ondadı ki, bu matçı Səudiyyə Ərəbistanında nə “Qalatasaray” oynamaq istəyir, nə də “Fənərbaxça”! Məlum olduğu kimi bu il Türkiyə cümhuriyyətinin yaradılmasının yüzillik yubileyi qeyd olunur. Bu üzdən hər iki nəhəng camiə belə bir dönəmdə superkubok matçının “Atatürk Olimpiya”da oynanılmasını istəyir. Hər iki klub bununla bağlı TFF-yə rəsmi müraciət də ünvanlayıb. Büyükekşi məsələ ilə bağlı son durumu “Radyospor”a açıqlayıb. Onun sözləri çətin ki, hər iki camiənin xoşuna gəlsin:

“Hər iki komanda da məkan seçimini bizə etibar edib. Biz federasiya olaraq onlardan “sizə əlavə gəlir qazandırmaq istəyirik, razısımı” deyə soruşduq. Əli Koç da, Dursun Özbək də “razıyıq” dedilər. Bundan sonra danışıqlara başlamaq istəyən TFF hər iki klubdan da razılıqla bağlı yazılı bir sənəd aldı. Yəni onlar seçim hüququnu bizə verdilər. Ona görə də biz rahatıq. Onlar “bunu bizdən xəbərsiz etdilər”, “biz razılıq vermədik” kimi bəhanələr ortaya ata bilməzlər. Avqustdan bu yana hər iki klub superkubokun harda oynanılacağını bilirdi! Ona görə də indi nə üçün bu cür açıqlamalar verdiklərini anlamıram. Biz də onların razılığını aldıqdan sonra təklifləri bir-bir dəyərləndiməyə başladıq. 4 ölkədən – Almaniya, İngiltərə, Səudiyyə Ərəbistanı və Azərbaycandan təkliflər var idi. Əvvəlcə Almaniya ilə İngiltərənin üzərində durduq. Amma təhlükəsizlik problemləri üzündən onlardan vaz keçməli olduq. Çünki oralarda təhlükəsizliyi tam olaraq təmin edə bilməyəcəkdik. Elə həmin ölkələr də bizə təhlükəsizliklə bağlı tam zəmanət verə bilmədilər. Digər iki ölkə arasında ən sərfəli təklif Səudiyyə Ərəbistanından gəldiyi üçün üstünlüyü onlara verdik. Bu dəqiqə dünyanın gözü məhz ordadı. Çünki ən yaxşı oyunçuları transfer ediblər. Üstəlik DÇ-2034-ə ev sahibliyi etmək və iddialı bir komanda qurmaq istəyirlər. Bütün bunları nəzərə alaraq onların təklifini qəbul etdik. Bundan başqa Səudiyyə Ərəbistanının bizə digər turnirlərlə bağlı da bir təklifi oldu. Kubokun həlledici mərhələsinə, yəni “dördlər finalı”ına ev sahibliyi etmək istəyirlər. Ortada 50-100 milyon avrluq təklif var. İspaniyada kubok məhz bu cür sistemlə keçirilir. Onların təklifi bu mövsüm üçün yox, gələn mövsümdən keçərlidi. Hələ ki, düşünürük və yekun qərarı verməmişik. Məncə, həm “Fənər”in, həm də “Qalatasaray”ın narahatlığı odu ki, qısa müddət ərzində iki dəfə qarşılaşacaqlar. Dekabrın 24-də superliqada da üz-üzə gələcəklər. Hərəsi bir qələbə qazansa, problem olmayacaq. Amma hər iki oyunu da uduzan komandanın baş məşqçisi ciddi sıxıntılar yaşayacaq. Artıq bu yolun geri dönüşü yoxdu. Müqavilələr imzalanıb və anlaşma qüvvədədi. Superkubok matçı dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək! Bir həftədə iki derbi izləyəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-10-2023, 15:0

Türkiyə superkuboku matçının zamanı və yeri dəqiqləşdi

Dünya futbolu

28-07-2023, 23:0

Türkiyə superkuboku Bakıda keçiriləcək?

Dünya futbolu

3-07-2022, 17:0

Superkubok matçı harda keçiriləcək?

Ölkə futbolu / Dünya futbolu / Manşet

17-10-2023, 21:0

TFF AFFA-nı yox, pulu və imici seçdi!

Aktual
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
Son xəbərlər
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 483
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 199
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə